Qarşınızda 5-6 yaşlı uşaqların məktəbəqədər ilkin riyazi məşğələləri üçün tərtib etdiyimiz
vəsait var. Bu dərslik uşaqlarınızda ilkin riyazi bilikləri formalaşdırmağa yardım edəcək. Kitabı uşaqların yaş və psixoloji səviyyəsinə uyğun şəkildə tərtib etməyə çalışmış, vəsait üzərində işləyərkən dünya təcrübəsindən yararlanmışıq.
Uşaqların tam sərbəst, əylənərək, həvəslə işləməsi, öyrənməsi üçün müxtəlif üsullar tətbiq etmişik. Bu vəsaitin köməyi ilə uşaqlarınız hesablamağı, fərqləndirməyi, müqayisə etməyi, digər məntiqi məşğələləri yerinə yetirməyi öyrənəcək. Məktəbdə uğurlu olmaq üçün bu cür ilkin təməllərə hər zaman ehtiyac var. Qarşınızdakı dərslik övladlarınızın gələcək uğurları üçün dəyərli təminatdır.
Sizə uşaqlarınıza, şagird və yetirmələrinizə ilkin riyazi bilikləri öyrətməkdə uğurlar arzu edirik. Uşaqlarınızın bizimlə ilkin riyazi bilikləri həvəslə öyrənəcəyinə əminik.
Vəsaitimizi “İş dəftəri” konsepsiyası ilə təqdim edirik.
ISBN:
9789952387742
Janr:
Öyrədici vəsait
Nəşriyyat:
Yonca
Cild:
Yumşaq
Müəllif:
Sevda Bəxtiyar
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər 3
Uşaqlarda riyazi bacarıqları, məntiqi inkişaf etdirmək üçün mükəmməl vəsaitdir. Çox bəyəndim. Kitabın keyfiyyəti də superdir. 👍👍👍
Həm özümə, həm də uşaqlara kitablar sifariş etmişdim. Sifariş etdiyim kitablar tam vaxtında çatdı. Keyfiyyətinə görə məmnun qaldım. Hər bir əməkdaşınıza da təşəkkür edirəm..
Rəngli və interaktiv səhifələrlə, uşaqlar riyaziyyatın sadə məntiqini öyrənə bilirlər. Əziz valideynlər, mən sizə məsləhət görərdim ki, bu kitabdan alıb, özünüzdə evdə uşaqla məşğul olasınız. Xususən də məktəbə qədər yaşda olan balacalara vacibdir! Mən öz şagirdlərimə də almışam, uşağın diqqətini çəkecək kitabdır.
Bənzər məhsullar
Bununla birlikdə alırlar