Məncə, kitab uşağa verilə biləcək ən gözəl hədiyyədir. Bu gün qızımın ad günü idi, ona kitab aldım. Yeni il üçün bir kitab, onu da alacağam.
Həcər
Özümədə xoş oldu bu kitab.😌😌Uşaqları öyrətdikcə özümdə balaca vaxtı öyrəndiyim şeirləri təkrarladım. Qızımında xoşuna gəldi, oğlumunda. Çox sağ olun.
Elnur Valehov
Bütün dövrlərin ən çox sevilən şeirləri bir kitabda cəm oldub. Əla kitabdır.
Türkan
Hər uşaqlı evdə olmalı olan kitabdır.
Ülkər Məmmədova
Kitablarımı belə tez çatdırdığınıza görə təşəkkür edirəm, üstəlik də səliqəli paketlənmiş formada.
Nura
Uşaqlarıma şeir öyrətmək istəyəndə əlimə aldığım ilk kitablarımdan biridir. Həm ən yaxşı şeirlər var, həmdə ən gözəl rəsmlər.
Jalə
Uşaqlarımın ən sevdiyi şeirlər bir kitabda cəmlənib. Kitabda çəkilmiş şəkilləridə çox bəyənirlər. Yaxsi, keyfiyyətli möhkəm kitabdır.
Nuray
Bu kitabı səhifənizdə görən kimi sifaris etdim. Qısa vaxtda çatdırılmanı etdiyinizə görə çox sağ olun. Kitaba gəldikdə isə çox əladır. Qızıma öyrətmək istədiyimi şeirlərin hamısı bir kitabda cəmlənib. Həmçinin şəkilləri də çox qəşəng çəkilib. Rəngləri canlı və mövzuya uyğundu. Kitabın keyfiyyəti də superdir.
Xoşqədəm
Bu kitabı bağçam üçün almışam. Məni daha çox içinin şəkilləri cəlb elədi. Həm uşaqlara dərs zamanı bu şeirlərdən öyrədirəm, həm də şəkillərə baxıb heyvanları və s. öyrənirlər. Bu cür qalın üzlüklü, cvərəqləri də bərk olan kitablar çox olsun. Nazik kağızları uşaqlar tez cırır, belə bərk kitablar daha yaxşıdır.