«Min bir gecə» nağılları şifahi xalq ədəbiyyatının ən monumental abidələrindəndir. Bu nağıllar xalqın «şirin xəyalların cazibəsinə» uymaq arzularının, Şərq xalqlarının – ərəblərin, farsların, hindlilərin təmtəraqlı təxəyyül coşqunluğunun sərbəst söz oyunu ilə son dərəcədə mükəmməl ifadəsidir.
Sözlərdən toxunan bu abidə çox qədimdən yaranmışdır, onun rəngarəng ipək sapları dünyaya uzanaraq öz əsrarəngiz söz xalısını bütün Yer kürəsinin üzərinə sərmişdir.
ISBN:
9789952368864
Janr:
Klassika
Nəşriyyat:
Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı
Cild:
Bərk
Səhifə sayı:
464
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər 5
Bu hekayələr sanki bir xəzinə kimidir. Şərq ədəbiyyatının dərinliyinə qərq olmaq istəyənlər üçün əvəzsiz bir əsərdir.
Min bir gecənin I cildini oxuyub bitirmişəm. Çox xoşuma gəldi. İndidə II cildinə başlamışam. Olduqca maraqlıdır. Oxumağı düşünən hər kəsə tövsiyə edirəm.
Bu hekayələr Şəhrazadın hər gecə hökmdar Şəhriyara danışdığı və bununla da onun həyatını xilas etdiyi hekayələrdir. Bu hekayələr sərgüzəştlər, sevgi, sehr və fərqli mədəniyyətlərdən bəhs etməklə məni valeh etdi "Min Bir Gecə" nağılları həm əyləncəli, həm də dərin fəlsəfi təlimlər təqdim edən klassik əsərlərdir.Ümumilikdə insan təbiətindən bəhs edən dərin hekayələr, mənəvi dəyərlər və insanın daxili dünyasını əks etdirən nağıllardır.
Uşaqlıq illerimi xatırlamaq istəyəndə həmişə "Min bir gecə nağıllarını" oxuyuram.Olduqca maraqlı nagillardir.Müasir dövrümüzdə belə sevilərək oxunur,hər zamanda oxunacaq.Cunki xalqın ürəyindən gəlib nağıllar.❤️❤️❤️
Kitab oxumağı sevirəm amma nağıl oxuyanda özümü bir başqa cür xoşbəxt hiss edirəm.Min bir gecə nagillari həqiqətən çox maraqlıdir.Kitabin tərtibatını da çox bəyəndim.
Bənzər məhsullar
Bununla birlikdə alırlar