Bu kitab ilk dəfə İspaniyada 2010-cu ildə “Gemser” nəşriyyatı tərəfindən “The Path of the Wise Man” adı ilə nəşr olunub. Aleks Kabrera və Rosa M. Kurtonun müəllifi olduğu “Müdrik adamın seçimi” əsəri müdriklər müdrikinin şagirdi olmaq üçün bir-biri ilə yarışan üç uşağın məbədə doğru gedən yolda üzləşdiyi çətinliyin öhdəsindən birgə gəlməyi və müdrik Orakulun verdiyi son qərar haqqındadır.
Üç ayrı-ayrı kənddə yaşayan üç uşaq Orakulun məbədinə çatıb müdriklər müdrikinin bütün biliklərinə yiyələnmək uğrunda yarışmalıydı. Hər bir kəndin sakinləri öz balaca qəhrəmanlarına ən yaxşı bacarıqları öyrədirdilər ki, o, digər iki uşaqdan üstün olsun. Orakulun məbədinə doğru gedən üç uşaq elə yoldaca ilk dərslərini alır.
Məlum olur ki, onların bacarıqları güclərini birləşdirdikləri halda daha dəyərlidir. Bəs müdrik adam birgə sınaqdan keçən uşaqlardan hansını seçəcək?
Hekayə Uşaq Hüquqları Bəyannaməsinin birinci prinsipinə əsaslanır: bu hüquqlar heç bir fərq və ya ayrı-seçkilik qoyulmadan bütün uşaqlara verilməlidir.
ISBN:
9789952573688
Janr:
Uşaq Ədəbiyyatı
Nəşriyyat:
3 alma
Cild:
Yumşaq
Müəllif:
Aleks Kabrera, Rosa M. Kurto
Səhifə sayı:
36
Dil:
Azərbaycan
Метка:
Ekspress
Çəki, g:
150
Məhsul haqqında rəylər 6
Kitabın rəngarəng səhifələri və maraqlı məzmunu qızımı çox sevindirdi. Çox maraqlı kitabdır.
Kitabı oxuyarkən həm öz uşaqlıq xatirələrim canlandı, həm də övladım çox sevindi. Nağıllar maraqlıdır və uşaqların maraq dairəsinə uyğundur. 👍👍👍👍📖📖❤️❤️
Kitabın keyfiyyəti və nağılların məzmunu çox gözəldir. Balacam üçün əla bir seçimdir.
Kitabın keyfiyyəti və məzmunu çox yaxşıdır. Qızım hər gün yeni nağıl oxumaq istəyir.
Kitabı oxuduqca uşaqlarımın gözlərindəki parıltını görmək çox sevindiricidir. Hekayələr çox diqqət çəkicidir.
Hər evde olmalı olan kitablardan biridir. Hər bir valideynə, eləcə də müəllimlərə bu kitabı təkidlə tövsiyə edirəm. Uşaqlar və böyüklər üçün çox maraqlı olacaq.
Bənzər məhsullar