Atatürk XX yüzilliyin ən böyük hərbi və siyasi xadimlərindən biridir. Osmanlı imperiyasının xarabalıqları üzərində müasir Türkiyə Respublikasını inşa edən Qazi Mustafa Kamal öz ağlı və cəsarəti ilə bütün dünyada yüz milyonlarla insanın dərin ehtiramını qazanmışdır. Ən məşhur siyasətçilər belə bu böyük şəxsiyyətə heyranlıqlarını gizlətməyiblər. Çörçill Atatürkün ölümünü nəinki Türkiyə xalqının, bütövlükdə Avropanın böyük itkisi adlandırmışdı. Ruzvelt isə onunla şəxsən tanış olmadığına görə dərin üzüntü keçirdiyini dilə gətirmişdi.
Fransız müəllif Aleksandre Jevaxoffun (1952) sizə təqdim olunan kitabında Atatürkün ömür yolu ətraflı şəkildə qələmə alınıb. Maraqlı faktlarla zəngin olan kitabda Mustafa Kamalın həyatı və mübarizəsi, eyni zamanda daxili aləmi ilə yaxından tanış ola biləcəksiniz.
ISBN:
9789952244779
Janr:
Tarix
Nəşriyyat:
Altun Kitab
Cild:
Yumşaq
Müəllif:
Aleksandre Jevaxoff
Səhifə sayı:
176
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər
Burada hələ heç kim rəy yazmayıb. Birinci olun!
Bənzər məhsullar