Axtarış
Əlaqələr

Biz həftənin 7 günü, saat 9:00 - 20:00 qədər çatdırılma edirik.

Şəxsi kabinet
Şəxsi kabinet
Sevimlilər
Sevimlilər
Səbət
Səbət
−5%

Nikolya Boneni Şərqə Aparan Hekayə

Nəşriyyat: Strauss
Müəllif: Seymur Oruc
Artikul: 9789952463286
Ölçü vahidi: ədəd
6.65 AZN
7 AZN
Qənaət 0.35 AZN
Onlayna özəl qiymət
Mövcud deyil
“Deyək ki, mən qatiləm. Olsun, deyək ki, həqiqətən, bu belədir. Bəs mən hansı ölkənin hüquq sisteminə özümü təslim etməliyəm? İngiltərənin? Fransanın? Ermənistanın? Yoxsa Azərbaycanın?” On səkkiz yaşı təzəcə tamam olmuş Nikolya Bone atasının etirafları ilə ailəsinin doğma övladı olmadığını öyrənir. O buna qətiyyən təəccüblənmir, sanki illərdir ki, bu etirafı gözləyirmiş kimi atasının üzünə soyuqqanlılıqla baxır. Lakin ata susmaq bilmir, o bu gün Nikolyanı təəccübləndirməkdə qərarlıdır. Əvvəlcə onu leqal yollarla götürmədiklərindən bəhs edir. Sonra isə Nikolya öyrənir ki, o, ümumiyyətlə, fransız deyilmiş. Azərbaycanlı imiş. Həmişə avropalı olduğu üçün qürurlanan Nikolya… Bəs görəsən, bu Azərbaycan Avropa ölkəsidir, ya necə? Özü də cəmisi 13000 dollara alıblar? Yəni bu qədər az? İlahi, yəni o bu qədər ucuzdur? “Nikolya Boneni Şərqə aparan hekayə” Seymur Orucun ikinci romanıdır. Təsadüfi deyil ki, çağdaş Azərbaycan ədəbiyyatında mövzu baxımından nümunəsinə az rastlanan bu roman 2022-ci ildə “TEAS PRESS” nəşriyyatının təsis etdiyi “Gənclərin roman müsabiqəsi”nin laureatıdır (II yer). Kitab Şərq-Qərb münasibətləri və cəmiyyətlər, dəyərlər arasındakı fərqlərin müşayiəti ilə sizi Avropa paytaxtlarına – Parisə, Londona, ardınca isə Qafqaza – Yerevana və Bakıya kimi gətirən həqiqət axtarışının hekayəsidir. Qəhrəmanımız – “Reuters” agentliyinin əməkdaşı Nikolya Bone ən əvvəldə bilmirdi ki, öz həqiqətini tapmaq üçün çıxdığı bu yol onu bir xalqın həqiqət axtarışlarına gətirib çıxaracaq, hətta bəlkə də, bir caniyə çevirəcək… “Maraqlı və əsrarlı hekayətdir. Gözlərimizi Parisdə yumub Qafqazda açırıq. Nikolya Bone axtarışdadır, özünü, kimliyini axtarır və bizi məcbur edir ki, bu səyahətdə ona yoldaşlıq edək”.
ISBN:
9789952463286
Janr:
Klassika
Nəşriyyat:
Strauss
Cild:
Karton
Müəllif:
Seymur Oruc
Səhifə sayı:
136
Dil:
Azərbaycan
Метка:
Ekspress
Çəki, g:
250
Məhsul haqqında rəylər 2
SS
Səyad Səyyadov

Şərqin sirli atmosferi və səyahətlərin gətirdiyi həyat dərsləri məndə böyük maraq doğurdu.

KA
Kamran
Maraqlı və fərqli mövzusu var. Çox bəyəndim.
5 / 5
5 ulduz 2 4 ulduz 0 3 ulduz 0 2 ulduz 0 1 ulduz 0 Qiymətləndirmə olmadan 0
Bənzər məhsullar
8.49 AZN 9.99 AZN
Gündəlik
ədəd
4.24 AZN 4.99 AZN
Bəyaz gecələr
ədəd
11.04 AZN 12.99 AZN
Yeddi gözəl
ədəd
10.12 AZN 11.90 AZN
Sirlər xəzinəsi
ədəd
7.99 AZN 9.99 AZN
Əli və Nino (yeni)
ədəd
3.39 AZN 3.99 AZN
Nalayiq məzəli əhvalat
ədəd
9.59 AZN 11.99 AZN
Martin İden
ədəd
11.04 AZN 12.99 AZN
İki şəhərin hekayəti
ədəd
11.19 AZN 13.99 AZN
Odisseya
ədəd
5.59 AZN 6.99 AZN
Babək
ədəd
6.79 AZN 7.99 AZN
Oxşar
ədəd
8.49 AZN 9.99 AZN
Fitnələr qarşısında
ədəd
8.49 AZN 9.99 AZN
Xudafərin körpüsü
ədəd
12.74 AZN 14.99 AZN
Madam Bovari
ədəd
3.19 AZN 3.99 AZN
Anamın kitabı
ədəd
5.10 AZN 6 AZN
Şeyx Sənan
ədəd
16.92 AZN 19.90 AZN
Mələyin oyunu
ədəd
11.99 AZN 14.99 AZN
Tikanlıqda Şərqi Deyənlər
ədəd
3.39 AZN 3.99 AZN
Sevil
ədəd
11.99 AZN 14.99 AZN
Kapitan Qrantın uşaqları
ədəd