Nömrələrlə rəngləmə üçün dəst sizə öz əllərinizlə müxtəlif tablolar yaratmaq imkanı verir.
Dəstə daxildir: rəsmin əks olunduğu nömrələnmiş kətan, akril boyalar, fırçalar, boya üçün lak və rəsmin əks olunduğu köməkçi kağız.
Tablonun ölçüsü: 30 x 40 sm
Nömrələr ilə rəngləmə \ Картина по номерам E081
Метка:
Ekspress
Məhsul haqqında rəylər 9
Əsmər Nəsibli
14.12.2024 в 17:04
Bu rəngləmə dəsti məni tamamilə heyran etdi! Nəticə sanki peşəkar bir rəsm əsəri idi. Çox rahat və zövqlü idi.
Narmina
02.12.2024 в 08:22
Əvvəlcə çətin görünürdü, amma rəngləməyə başladıqca çox maraqlı oldu. Nəticə gözlədiyimdən də gözəl alındı.
Ellada Mahmudova
25.09.2024 в 16:53
Bu rəngləmə dəsti mənim üçün terapiya kimidir. Rənglər çox canlıdır və nəticə möhtəşəmdir. 👍👍👍👍
Səkinə Məmmədli
23.08.2024 в 14:15
Sakitləşdirici meditasiya kimi hüzurverici bir proses olması ilə bərabər, sanki rənglərlə düşüncələrimi sakitləşdirməyimə də imkan yaratdı. Həəəə, bir də ən sonda ortaya çıxan gözəlliyə baxıb fəxrlə "Bunu mən yaratmışam" demək insana ayrı bir zövq verir 😂 Əgər sınamaq istəsəniz, tövsiyəm mağazadan münasib qiymətə bir neçə yaxşı fırça alıb rəngləməyə başlamağınızdır. Setin içindəki fırçalar açığı o qədər də keyfiyyətli deyildi.
Nərminə
06.07.2024 в 22:38
Bu dəst mənim üçün əla bir stress atma vasitəsi oldu. Hər dəfə bir az rəngləmə prosesi ilə məşğul olduqdan sonra özümü daha yaxşı hiss edirəm. Məndə məsləhət görürəm.
Nailə
03.07.2024 в 17:16
Rəngləmə işi mənim üçün çox əyləncəlidir. Hər rəng seçimi ilə yeni bir şey öyrənirəm. Həmçinin dincəlirəm.
Jalə Həbibli
17.06.2024 в 15:48
Bu rəngləmə üsulu mənə yaratmaq azadlığı verir. Həm də mənə işlərimi daha planlı və diqqətli görməyimə kömək edir. Mən çox faydasını görürəm, sizə də tövsiyə edirəm.
Südabə
03.06.2024 в 23:38
Mənim ən sevimli məşğuliyyətimdir, rəngləmələrimi də hər zaman sizdən alıram.
Rəvan Qurbanov
12.04.2024 в 10:43
Bacıma ad günündə hədiyyə etdim, çox bəyəndi. İndi də zamanını daha keyfiyyətli və səmərəli keçirir. O qədər xoşuna gəldi ki, bu tablonu bitirdikdən sonra yenisini alacağını deyir.