Hər şeyin bir bədəli var. Yaxşılığın da, pisliyin də... Uğurun da, uğursuzluğun da... Zənginliyin də, yoxsulluğun da... Sevginin də, nifrətin də... Tamahın da, səxavətin də... Dostluğun da, düşmənliyin də... Jurnalist Rinat Şaripova “qəfildən faciəvi şəkildə vəfat etmiş” dayısından böyük sərvət miras qalıb. İndi o, milyarderdir. Hər şey yaxşıdır, daha doğrusu, yaxşılığa doğru gedir, amma bu böyük sərvətin ətrafında saysız-hesabsız yırtıcılar dolaşmağa başlayır. Rinat isə əvvəlki kimi xam deyil. Səhvlərindən nəticə çıxararaq işlərini idarə edir, kim olduğunun, nələr edə biləcəyinin fərqinə varır. Bununla belə, davamlı sui-qəsd cəhdləri, öldürülmə qorxusu, pulunu qorumağa çalışması, daim səksəkə içində yaşaması Rinatı yorur... Sevdiyi gənc qadın naməlum şəxslər tərəfindən qaçırılanda bu sütül milyarderin səbir kasası daşır. O, başa düşür ki, dəyişməlidir və dəyişir. Bir vaxtlar sakitdən də sakit, fağırdan da fağır olan sadəlövh və həlim Rinat Şaripov dişi qana batmış canavara dönür, heç kəs onun qabağında dayanmağa cəsarət etmir...
ISBN:
9789952540802
Janr:
Detektiv
Nəşriyyat:
Teas Press
Cild:
Yumşaq
Müəllif:
Çingiz Abdullayev
Səhifə sayı:
252
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər 7
Çingiz Abdullayevin kitabları mənim üçün həmişə ilham mənbəyi olub. Həm gərgin, həm də düşündürücüdür. Ona görə bu kitabını da, həvəslə oxudum.
Kitabın hər bir detalı müəllifin nə qədər diqqətli olduğunu göstərir. Çox bəyəndim.
Çingiz Abdullayevin əsərləri həmişə maraq doğurur. Onun yaratdığı xarakterlər çox realistdir və hər dəfə əsərləri oxuduqca həyəcanlanıram.
Bu kitab mənə çox təsir etdi. Hadisələr elə məntiqli və maraqlı şəkildə təqdim olunmuşdu ki, hər səhifədə yeni bir həyəcan hiss etdim. Detektiv janrında bu qədər maraqlı bir əsər tapmaq çətindir.
Müəllifin yazı tərzi və süjetin gərginliyi çox gözəl idi. Hər kəsə tövsiyə edirəm.
Çingiz Abdullayev, əsərlərini yazmadan önce hadisələri detallı şəkildə araştırır ve bu da müəllifi olduğu əsərlerinin inandırıcı olmasının başlıca səbədidir.
Çingiz Abdullayevin bütün əsərlərini sevərək oxuyuram. Onun əsərləri milli identitetin inkişafına və qorunmasına dair dəyərli təfəkkürlər içərir.
Bənzər məhsullar