Orta Asiya respublikalarından birinə aid olan qızıl yüklü təyyarə İsveçrəyə uçur. Uçuş müddətində o birdən-birə yox olur. Təyyarənin tapılması üçün peşəkar axtarış qrupu yollanır. “Qızıl” təyyarəsinin itməsi haqda rus mafiyası da xəbər tutur. Axtarışa əfsanəvi analitik-kriminalist Dronqo qoşulur…
ISBN:
9789952365382
Janr:
Detektiv
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Çingiz Abdullayev
Səhifə sayı:
448
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər 17
Abdullayevin əsərlərində gərginlik və maraq heç bir zaman azalmır. Hər dəfə yeni bir kitabını oxumaq böyük həzz verir.
Çingiz Abdullayevin əsərləri həmişə düşündürür və maraq doğurur. Bu kitab da ən sevdiklərimdən biri oldu. 👍👍👍👍
Hadisələrin təsviri və personajların xarakterləri çox canlı idi. Süjet gözlənilməz dönüşlər və məqamlarla zəngin idi. Oxuyanda sanki hər an hadisələrin içində idim. Dedektiv hekayələrə marağı olan hər kəsə tövsiyə edirəm.
Ümid külü kitabını oxumaq məni tamamilə heyrətləndirdi. Abdullayevin qurduğu hadisələr zənciri çox maraqlı və dolğun idi. Detektiv janrında həqiqətən unudulmaz bir oxunuş oldu.
Detallara verilən diqqət məni heyran etdi. Yazar hadisələri və ipucularını elə detallı təsvir etmişdi ki, bu, oxumağı daha da maraqlı etdi.
Çingiz Abdullayevin "Ümid Külü" adlı kitabını Əli və Nini kitab evindən aldım. Mənə görə bu mağazada qiymətlər bütün kitab sevərlər üçün əl çatandır. Qiymətlər münasibdir👍
Çingiz Abdullayevin " İdorun kölgəsi" kitabını oxuyandan sonra digər kitablarını da oxumağa maeaq oyandı məndə və almağa qərar verdim. Bu artıq dördüncü kitabıdır oxuyira. Onun əsərlərində hadisələrin gedişatı, personajların mürəkkəbliyi və müəllifin unikal yazı tərzi məni məni oxumağa cəlb edir. Kaşki daha əvvəl başlayardım Abdullayevdən oxumağa.
Çingiz Abdullayevin detektiv romanlarına həmişə maraq göstərmişəm və nəhayət, bir neçə kitabını sifariş verdim. Kitablar çox tez gəldi və oxumağa başladıqca vaxtın necə keçdiyini bilmədim. Onun personajları çox canlı və reallığa yaxın təsvir olunur, hadisələr isə daim gərgin və maraqlı yöndə istiqamət alır. Xüsusilə də, onun əsərlərindəki Azərbaycan reallıqlarını təsvir etməsi mənə çox maraqlı gəlir. Dedektiv janrın yaradıcısıdır, Çingiz!
Çingiz Abdullayevin kitabı məni həyatın mənası, insanın iç dünyası və mövcudluğun sirri haqqında düşündürdü.
Çingiz Abdullayevin romanları həmişə maraqlı intrigi və şok edici twistlərlə doludur.
Onun yazı stili və mövzuları həmişə məni həyəcanlandırır və özümü kitabın dünyasında tapıram.
Çingiz Abdullayevin təsvirləri insanı dərin nəfəs alaraq və ya həyəcanla tutaraq oxumağa sürükləyir. Onun yazdığı əsərlər müxtəlif məsələləri müzakirə edir və oxucunu fikirləndirir.
"Ümid külü" əsəri sirr, gərginlik və məhəbbətlə dolu bir roman kimi diqqəti cəlb edir.Müəllif personajlar arasındakı mürəkkəb münasibətləri məharətlə idarə edərək oxucunu valehedici hekayəyə çəkir.Kitab qeyri-adi hadisələrlə, gözlənilməz döngələrlə oxucuları həyəcanla səhifələri vərəqləməyə sövq edir.Abdullayevin səlis üslubu və təsirli bədii ədəbiyyatı oxuculara unudulmaz mütaliə təcrübəsi təqdim edir.Bu əsər macəra və trilleri sevənlər üçün zövqlü və təsirli variant ola bilər.
Oxumağı düşünürsünüzsə mütləq oxuyun. Qətiyyən vaxt itkisi deyil .
Abdullayev əsərlərində təkcə cinayət və sirr deyil, həm də sosial problemlərə toxunur. O, xarakterləri və hadisələri ilə cəmiyyətin müxtəlif tərəflərinə işıq salır.
Çingiz Abdullayev muasir Azərbaycan ədəbiyyatın banisidir mənə görə. 👍👍👍👍 Müəllif güclü qələmi var.
Çingiz bəyin qələmi sanki sehrlidir. Həvəslə oxuyuram onun əsərlərini.
Bənzər məhsullar
Bununla birlikdə alırlar