Sifarişləri Bakıya, Azərbaycanın bölgələrinə və bütün dünya ölkələrinə çatdırırıq!
Bakı üzrə 30 manatdan yuxarı sifarişlərdə çatdırılma pulsuzdur.
.
T.Vulfun bu əsərində heyrətamiz enerji, nəfəs kəsən təhkiyə, Vulf
qələminə məxsus gözlənilməz dönüşlər diqqəti çəkir. Povest ömründə
dörd insanın ölümünü görmüş qəhrəmanın yaşantılarını oxucuya çatdırır.
Sən demə, həyatda miskin, təsadüfi, lüzumsuz və məğrur ölümlər də
varmış, insan qismətinə hansı ölümün düşəcəyini bilmir.
“Böyük şəhərdə ölümün üzünü artıq üç dəfə görmüşdüm, ötən yaz
yenidən görməli oldum. Bir dəfə gecə – həmin il zülmətin nəhəng
küçəsiylə sürünə-sürünə yaşadığım dəlisov, sərxoş, heydən düşmüş
gecələrin səhərdən-axşamacan, axşamdan-səhərəcən sürən
dəyişikliyində – metroda insanın necə öldüyünü gördüm...”
şərhlər1