Ömrünün 39 ilini 5-ci avenyudakı bir binada mexaniki liftdə çalışmağa həsr edən hindli Dipak sakinlərin ən məhrəm sirlərinə bələd olsa da, bunları gizli tutmağı da bacarır. Özünün də etiraf etdiyi kimi: “Onun iki imanı var: bunların biri hinduizmdirsə, digəri də nəzakətdir”.
Uzun illər öncə usta kriketçi olmasına rəğmən Dipak öz gələcək idman karyerasını daha yüksək təbəqədən olan Laliyə bəslədiyi dərin sevgiyə qurban verir, qızın ailəsinin hədə-qorxuları ucbatından gənclər okeanın o tayına – ABŞ-a qaçırlar. Ailəsini saxlamaqdan ötrü o, liftçi işləməyə razı olur və beləcə, aradan onillər keçir.
Romanın ilk səhifələrində Lalinin qardaşı oğlu Sancay gənc bir iş adamı kimi Nyu-Yorka gəlir. Burada o öz layihəsi üçün sərmayədarlar axtarır. Dipakın gecə növbəsi üzrə həmkarı Rivera pilləkəndən yıxılıb, xəstəxanaya düşəndə Sancay bir neçə günlüyə onu əvəz etməyə razı olur... və xidmət etdiyi binada Kloyenin simasında özünün məsum sevgisini tapır.
Tanınmış fransız yazarı Mark Levinin növbəti romanındakı digər maraqlı məqamlar əlinizdəki bu kitabda özünün həm real, həm də romantik əksini tapıb. Oxumağa dəyər!
ISBN:
2000053847964
Janr:
Роман/Roman
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Mark Levi
Səhifə sayı:
352
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər 14
Kitabın qəhrəmanları çox təsir edicidir. Oxuduqca özümü onların yerində təsəvvür etdim.
Kitabın dili və təsvirləri o qədər güclü idi ki, oxuyarkən özümü hekayənin içində hiss etdim.
Romantik janrı çox oxumasam da, bu kitab məni çox təsirləndirdi. Qarşılıqsız sevgi və dramatik anlar məni dərin düşündürdü.
Yazıçının üslubu çox güclüdür, kitab çox dərin fikirlərlə doludur. Çox bəyəndim.
Bu sevgi romanı məni çox təsirləndirdi. Hekayə çox gözəl və duyğusal idi. Oxumağa dəyər!
Sevərək oxuduğum, oxuduqca hadisələrin içində özümü hiss etdiyim mükəmməl bir sevgi əsəridir..
Roman məni həyatın mümkün olan ən güclü hissi olan sevginin müqəddəsliyinə qaytardı. Oxuduğum ən təsirli kitablar arasındadır.
Maraqlı və ehtiraslı bir romantik roman. Çox bəyəndim!
Bu romanı oxumaq mənim üçün bir sevgi macərası oldu. Hər bir səhifədə yeni bir heyranlıq hissi yaşadım.
Mark Levinin əsərləri məni həmişə müdafiə etmək və düşünmək üçün təşvişə salır. Onun fikirləri və araşdırmaları həmişə dəyərlidir.
Mark Levinin bütün əsərlərini sevərək oxumuşam. Oxumayan hər kəsə tövsiyə edirəm 👍👍
Marc Levy əsərində münasibətlər və romantikadan bəhs edir. Onun romanları romantik və dramatik elementlərlə doludur.
İnanılmaz mükəmməl əsərdir.İnsan həyatının hər an dəyişə biləcəyi mükəmməl təsvir edilib ❤️❤️
Oxumaga deyer👍😍
Bənzər məhsullar
Bununla birlikdə alırlar