“Ovod” romanı bir əsrdən artıqdır ki, böyük maraqla qarşılanır və oxucularda güclü emosiyalar yaradır. Bu əsər XIX əsrin 30-cu illərində italyanların işğalçı Avstriya impe- riyasına qarşı üsyanından, bu üsyanın iştirakçılarından biri olan Artur Bertonun faciəli həyatından bəhs edir. “Ovod” təxəllüsü ilə kəskin yazılar yazan bu gənc idealist sonunda öz xalqının azadlığı uğrunda canından belə keçməyə hazır olan inqilabçı Feliçe Rivarisə çevrilir. O, usanmadan, yorul- madan düşmənlə mübarizə aparır, hətta haqqında çıxarı- lan ölüm hökmünün dəyişdirilməsi təklifi də onu tutduğu yoldan döndərə bilmir. Bu mübariz gəncin qəlbində bir də şəxsi faciələrinin açdığı yaralar – doğmalarının onu intiha- ra sürükləyən yalanı və bütün həyatını qaraldan cavabsız sevgisi var.
ISBN:
2000923379960
Janr:
Klassika
Nəşriyyat:
Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Etel Lilian Voyniç
Səhifə sayı:
344
Dil:
Azərbaycan
Seriya:
Eksklüziv Klassika
Метка:
Bestseller, Ekspress
Məhsul haqqında rəylər 1
Mən sizin mağazalarda da tez-tez oluram. Saytınızda da kitab çeşidi çox genişdir və daim yenilənir. Seçim etmək də mənə çətin deyil, çünki hər şey çox nizamlıdır. Yaxşıki, varsınız!
Bənzər məhsullar
Bununla birlikdə alırlar