Bu hekayədə təsvir edilən dörd xəyali surət: Koşarca və Koklarca adlı siçanlar, Mırın və Kırın adlı kiçik insanlar bizlərin, yəni şüurlu insanların sadə və mürəkkəb tərəflərini özlərində əks etdirirlər. Burada insanların yaşayış tərzi, irqi, dini, milli mənsubiyyəti, cinsi və digər özəllikləri nəzərə alınmamışdır.
Biz insanlar bəzən dəyişikliyin, yeniliyin qoxusunu tez hiss edən, onun fərqinə varan kiçik siçan Koklarca kimi, bəzən isə tez qərar verib cəld hərəkət edən Koşarca kimi davranırıq. Bəzən də başına xoşagəlməz şeylərin gələcəyindən qorxaraq heç bir yeniliyi, dəyişikliyi qəbul etməyən və hadisələrə mühafizəkarcasına yanaşıb inkişafa qarşı çıxan Mırın kimi oluruq. Bəzən isə bunun tamamilə əksinə, yəni dəyişikliyin və inkişafın daha yaxşı nəticələr verəcəyini əvvəlcədən görüb, dayanmadan çalışan Kırın kimi davranırıq.
Hansı tərəfimizi, hansı xarakterimizi istifadə etməyimizdən asılı olmayaraq heç vaxt dəyişməyən ortaq bir nöqtəmiz var. Hər birimiz yaşadığımız bu çətin həyatın qaranlıq, mürəkkəb labirintlərində öz yolumuzu tapmaq, gündən-günə dəyişən, inkişaf edən dünyada xoşbəxt və müvəffəq olmaq istəyirik.
ISBN:
2000052557963
Janr:
Psixologiya, özünüinkişaf
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Dr. Spencer Johnson
Səhifə sayı:
80
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər
Burada hələ heç kim rəy yazmayıb. Birinci olun!
Bənzər məhsullar
Bununla birlikdə alırlar