Yəqin hər dəfə pişiklərdən söhbət düşəndə gözlərin qarşısında balaca, tüklü, yumaq
kimi yığılmış, qayğısız halda divanda uzanan, ya da küçədə qarşılaşdığın zolaqlı
varlıq canlanır. Lakin pişikkimilərin əksəriyyəti sənin tez-tez qarşılaşdığın, tumarlamaq
istədiyin, yedirtdiyin həmin o balaca canlıdan fərqlənir. Böyük pişiklərin çoxu
azman yırtıcılardır və onları tumarlamaq qətiyyən məsləhət deyil. Bu anadangəlmə
ovçular öz çeviklikləri, güclü pəncələri və qənimətlərini ovlamaq məharətləri ilə seçilirlər
– axı bu canlılar vəhşi təbiətdə yaşayırlar. Ən yaxşısı onlarla tərtib etdiyimiz
kitab vasitəsilə tanış olmaqdır.
Doğrudanmı pişiklər qaranlıqda görür? Böyük pişiklər də balaca pişiklər kimi
mırıldaya bilirmi? Gepard, leopard və yaquar – onları bir-birindən necə ayırmaq
olar? Niyə pişiklər çox yatır? Gənc şirin qarşılaşmaqdan çəkindiyi canlı hansıdır?
Heyvanların şahı hesab edilən şirin xasiyyəti necədir? Liqrlar və şirpələnglər nədir?
Leopard nə qədər yeyə bilir? İrbis hansı pişikdir? Onlarla bu cür sualın cavabı məhz
qarşındakı kitabda toplanıb.
Janr:
Ensiklopediya
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Bərk
Səhifə sayı:
128
Dil:
Azərbaycan
Метка:
TEZLİKLƏ!
Məhsul haqqında rəylər
Burada hələ heç kim rəy yazmayıb. Birinci olun!
Bənzər məhsullar