Axtarış
Əlaqələr

Biz həftənin 7 günü, saat 9:00 - 20:00 qədər çatdırılma edirik.

Şəxsi kabinet
Şəxsi kabinet
Sevimlilər
Sevimlilər
Səbət
Səbət
−20%

Prezident Ovu

Artikul: 9789952266344
Daha az alındı 20 bir dəfə
Ölçü vahidi: ədəd
4 AZN
5 AZN
Qənaət 1 AZN
Onlayna özəl qiymət

Təbii ki, bu asan başa gəlmir. Prezident ovuna çıxan və qanlı caynaqları hər yerə çatan narkomafiya öz niyyətini yerinə yetirmək məqsədilə Dronqonun ölümünə hökm verir və peşəkar muzdlu qatillər dünyanın hər bucağında – Stokholmda, Vyanada, Afinada, Romada, Rio-de-Janeyroda, Asunsonda, Santyaqoda, Buenos-Ayresdə, Nyu-Yorkda Dronqonun özünün ovuna çıxırlar.Prezident Ovu 

Mövcud deyil0

Dronqo öz rəhbərliyindən son dərəcə çətin bir tapşırıq alır: sızan məlumatlara görə, Latın Amerikasında fəaliyyət göstərən cinayətkar təşkilat şərti «X günü» adlı dəhşətli bir aksiya hazırlamaqdadır. Lakin təşkilatın konkret harda yerləşdiyi və aksiyanın nə məqsəd güddüyü, onun haçan və hansı ölkədə həyata keçiriləcəyi dəqiq bilinmir. Bu səbəbdən də Dronqo İnterpolun məxfi agentlərinin müşayiəti altında Riçard Saunders adıyla fəaliyyətə başlamalı olur.

Riçard Saundersə müxtəlif ölkələrdə çalışmaq və təşkilatın izinə düşüb planlaşdırılan aksiyanın qarşısını almaq lazım gəlir. İlk baxışda nə qədər ağlasığmaz görünsə də, yüksək peşəkarlığa malik olan Dronqo bu çətin vəzifəni məharətlə yerinə yetirir. O, narkomafiya şəbəkəsinin maliyyə dəstəyi hesabına Çilinin ucqarında «Şeytan legionu» adı altında fəaliyyət göstərən terror düşərgəsinin mövcud­lu­ğunu üzə çıxarır və Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının iclasında dünyanın superdövlətlərinin – ABŞ-ın və SSRİ-nin – bir neçə başçısına qarşı hazırlanmış sui-qəsdin qarşısını almağa müvəffəq olur.

Təbii ki, bu asan başa gəlmir. Prezident ovuna çıxan və qanlı caynaqları hər yerə çatan narkomafiya öz niyyətini yerinə yetirmək məqsədilə Dronqonun ölümünə hökm verir və peşəkar muzdlu qatillər dünyanın hər bucağında – Stokholmda, Vyanada, Afinada, Romada, Rio-de-Janeyroda, Asunsonda, Santyaqoda, Buenos-Ayresdə, Nyu-Yorkda Dronqonun özünün ovuna çıxırlar. Buna görə də müxtəlif adlar altında çalışmağa məcbur qalan Dronqo bir neçə dəfə ölüm təhlükəsindən möcüzə nəticəsində xilas olur.

Amma xilas olurmu?

Aksiyanın qarşısı alınır, terrorçuların «X günü» planı ifşa olunur və qatillər hamısı məhv edilir. Sanki hər şey başa çatmış kimidir. Elə bu zaman BMT Katibliyinin binası qarşısındaca naməlum qadın Dronqoya üç atəş açır. Dronqo ölümcül vəziyyətdə xəstəxanaya çatdırılır. Amma ölümdən xilas ola bilirmi?

Müəllif sualın cavabını qəsdən gizli saxlayır və bu müəmma əslində əsərin daha da maraqla oxunmasına xidmət edir.

ISBN:
9789952266344
Janr:
Detektiv
Nəşriyyat:
Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Çingiz Abdullayev
Səhifə sayı:
264
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər
Burada hələ heç kim rəy yazmayıb. Birinci olun!
Bənzər məhsullar
8.79 AZN 10.99 AZN
Üçüncü qız
ədəd
10.39 AZN 12.99 AZN
Güzgüdəki naməlum adam
ədəd
10.39 AZN 12.99 AZN
Yanğı
ədəd
7.99 AZN 9.99 AZN
Halloven qonaqlığı
ədəd
5.19 AZN 6.49 AZN
Əlifba sırası ilə qətl
ədəd
Bununla birlikdə alırlar
5.59 AZN 6.99 AZN
Mars xronikaları
ədəd
8.79 AZN 10.99 AZN
Yaşıl Mil
ədəd
7.99 AZN 9.99 AZN
Aclıq oyunları
ədəd
2.70 AZN 3 AZN
Əlfəcin \ Закладки \ Bookmark Expressionism Gauguin
ədəd