XX əsr Azərbaycan nəsrinin yaradıcılarından biri, böyük yazıçımız Məmməd Səid Ordubadi qələminin məhsulu olan, uzun illərin siyasi təbəddülatlarından keçmiş bu əsər tarixi həqiqətlərin üzə çıxarılmasına kömək edən dəyərli bir nümunədir. Yazıçının 1908-ci ildə «Qanlı Sənələr» adı ilə yazıb başa çatdırdığı kitab ilk dəfə onun «Tazə həyat» qəzeti vasitəsilə millətin sərvət sahiblərinə müraciətindən sonra Bakı milyonçu-xeyriyyəçisi Murtuza Muxtarovun maddi yardımı ilə 1911-ci ildə nəşr olunmuşdur.
XX əsrin əvvəllərində baş vermiş erməni-müsəlman davasının müxtəlif bölgələrdən gələn müxbir məktubları əsasında təsviri münaqişənin məzmunu və gedişi haqqında oxucuda tam təsəvvür yaradır.
Həmin hadisələrin eyni ssenari üzrə yetmiş ildən sonra təkrarən baş verməsi sadəlövhcəsinə keçmişi unutduğumuzu göstərir. Bu səbəbdən də əsərin yenidən nəşri xalqımızın yaddaşını oyatmağa, baş verənlərdən ibrət dərsi almasına xidmət edir.
ISBN:
2000923379656
Janr:
Klassika
Nəşriyyat:
Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Məmməd Səid Ordubadi
Səhifə sayı:
192
Dil:
Azərbaycan
Seriya:
Azərbaycan Klassikləri
Метка:
Bestseller, Ekspress
Məhsul haqqında rəylər 2
Salam, gecə kirab sifariş edib bu gün səhər əldə etmək bu, əla müştəri xidmətidir. Təşəkkürlər! Uğurlu iş günü arzu edirəm. Sağ olun.
Oxuduqca həm kədərlənirdim, həm də o dövrdəki insanların yaşadıqlarını anlamağa çalışırdım. Hekayədəki təsvirlər çox realdır və o anları gözümün önündə canlandırır. Keçmişimizlə üzləşmək üçün güclü bir əsərdir.
Bənzər məhsullar
Bununla birlikdə alırlar