Kitabda Qarabağ bölgəsinin qədim dövrlərdən müasir dövrədək formalaşmış memarlıq salnaməsi, tarixi-dini abidələri, mülki və hərbi tikililəri elmi-nəzəri baxımdan araşdırılır. Əsərdə Qarabağ memarlıq məktəbinin özünəməxsus üslub xüsusiyyətləri, o cümlədən məşhur ustad memarlar, Əli Məcidəddinin, Şeyx Bəhaəddinin və Kərbəlayi Səfixan Qarabağinin layihələndirdiyi məscidlər, türbələr, karvansaralar və yaşayış binalarının konstruktiv həlləri dərin təhlil olunur. Nəşrdə abidələrin yalnız tarixi və bədii bərpa aspektləri deyil, onların qrafik bərpa layihələri, ölçü işləri və memarlıq-planlaşdırma strukturu da geniş yer alır. Tədqiqat işi Qarabağın abidələrinin ermənilər tərəfindən vandalizmə məruz qalmış vəziyyətini, onların tarixi-memarlıq simasının ilkin mənbələr və arxiv sənədləri əsasında sənədləşdirilməsi və bərpası konsepsiyalarını da əhatə edir. Kitab memarlar, sənətşünaslar, tarixçilər, ali məktəb tələbələri və Azərbaycanın zəngin mədəni irsi ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Janr:
Memarlıq
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Bərk
Müəllif:
Rizvan Qarabağlı
Səhifə sayı:
344
Dil:
Azərbaycan
Метка:
TEZLİKLƏ!
Məhsul haqqında rəylər
Burada hələ heç kim rəy yazmayıb. Birinci olun!
Bənzər məhsullar