Axtarış
Əlaqələr

Biz həftənin 7 günü, saat 9:00 - 20:00 qədər çatdırılma edirik.

Şəxsi kabinet
Şəxsi kabinet
Sevimlilər
Sevimlilər
Səbət
Səbət
−15%

Qırmızı yaylıqlı qovağım mənim

Nəşriyyat: Teas Press
Müəllif: Çingiz Aytmatov
Artikul: 9789952310962
Daha az alındı 20 bir dəfə
Ölçü vahidi: ədəd
5.02 AZN
5.90 AZN
Qənaət 0.88 AZN
Onlayna özəl qiymət

Qirmizi yayliqli qovagim menim -Cingiz Aytmatov Bu kitaba dünyanın ən böyük yazıçılarından olan Çingiz Aytmatovun 1963-cü ildə ali ədəbi mükafatlara layiq görülmüş üç povesti – “Qırmızı yaylıqlı qovağım mənim”, “Köşək gözü” və “İlk müəllim” povestləri daxil edilib. Üç sehirli əsər, böyüklər üçün üç maraqlı nağıl...

Mövcuddur3

Bu kitaba dünyanın ən böyük yazıçılarından olan Çingiz Aytmatovun 1963-cü ildə ali ədəbi mükafatlara layiq görülmüş üç povesti – “Qırmızı yaylıqlı qovağım mənim”, “Köşək gözü” və “İlk müəllim” povestləri daxil edilib. Üç sehirli əsər, böyüklər üçün üç maraqlı nağıl... Yaşın neçə olur-olsun, dünyanın harasında olursan-ol, Aytmatovu oxumağa başladığın an tamam başqa aləmə düşür, sözün ecazkar sehrinə qapılırsan. Oxucunun duyğularını istədiyi kimi yönləndirmək, onu ağlatmaq, kədərləndirmək və ya sevindirmək yazıçı üçün su içmək qədər asandır. Bu əsərlərdə özünə doğma olan nələrisə tapır, süjetin içində əriyib itirsən. “Qırmızıyaylıqlı qovağım mənim” povestində İlyasla Aselin sevgisinə, insan mənəviyyatındakı ziddiyyətlərə, sevinc, kədər, ağrı və təəssüfün kollajına tamaşa edəcəyik. “Köşək gözü”ndə xeyirlə şərin əbədi mübarizəsini kiçik insanların kiçik həyatı fonunda izləyəcəyik. Yaşamaq üçün idealların yoxdursa və ya bu idealların xəmiri bayağılıqla yoğurulubsa, Abakirə çevrilir, özün özünə düşmən olursan. “İlk müəllim” povestində müəllim Duyşəndən söhbət açılır. Duyşən elə bir müəllimdir ki, özü oxuyub-yazmağı güclə bacarır, savadı azdır, lakin kənddə təkbaşına məktəbaçır, bildiklərini uşaqlara öyrədir, onların oxuması üçün əlindən gələni edir, hətta canından keçməyə hazır olur. Onun hekayəsini isə bir vaxtlar şagirdi olmuş, indi isə ölkənin ən nüfuzlu alimlərindən olan Altınay danışır. O Altınay ki, Duyşən olmasaydı, həyatı gecə kimi qaranlıq olacaqdı.

ISBN:
9789952310962
Janr:
Klassika
Nəşriyyat:
Teas Press
Cild:
Yumşaq
Müəllif:
Çingiz Aytmatov
Səhifə sayı:
202
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər 5
NU
Nurjan
23.07.2024 в 14:20
mohteshem🥰
EL
Eldar
15.01.2024 в 15:32
Aytmatovun dili və təsviri məharəti onun əsərlərini mahiyyət etibarı ilə oxucunu cəlb edir.
Təranə
12.11.2023 в 13:24
Çox təsirli əsərdir. Kitab boyu Aytmatov dərin insan münasibətləri və sosial məsələlərdən məharətlə bəhs edir.Əsər təbiətlə insan arasındakı bağlılıqdan, insanın daxili aləmindəki çətinliklərdən heyrətamiz şəkildə bəhs edir.
VN
Vüsal Nəbi
30.10.2023 в 14:37
O, milli mədəniyyəti və mifologiyaları əsərlərində birləşdirir və bu, onun əsərlərinə Azərbaycan və Orta Asiya regionlarında böyük bir maraq təşkil etdiyi anlamına gəlir.
MA
Maya
27.10.2023 в 20:42
Müəllifin hekayə üslubu Orta Asiyanın təbii gözəlliklərindən və mədəni elementlərindən tez-tez istifadə etməklə seçilir. Təbiətlə insanlar arasındakı əlaqəni vurğulayır.
5 / 5
5 ulduz 4 4 ulduz 0 3 ulduz 0 2 ulduz 0 1 ulduz 0 Qiymətləndirmə olmadan 1
Bənzər məhsullar
11.92 AZN 14.90 AZN
Varlıq və heçlik
ədəd
9.52 AZN 11.90 AZN
Emma
ədəd
10.32 AZN 12.90 AZN
Get gözətçi təyin et
ədəd
4.72 AZN 5.90 AZN
Əbədi ər
ədəd
7.19 AZN 8.99 AZN
Taun
ədəd
Bununla birlikdə alırlar
12.72 AZN 15.90 AZN
Gecəyarısı uşaqları
ədəd