KİTABIN OXUCUSU:
Söz bazasını artıracaq
Hər bir hekayənin sonunda həmin hekayədə qara hərflərlə verilmiş çətin sözlərin ingiliscə açıqlamasını və dilimizə tərcüməsini oxumaqla yeni sözlər öyrənəcək, söz bazasını artıracaq;
Dinləmə bacarığını inkişaf etdirəcək
Hər bir hekayənin audiosunu dinləyərək dinləmə bacarığını inkişaf etdirəcək;
Xarici dildə düşünməyi öyrənəcək
Tərcüməsiz hekayələri oxuyaraq onu anlamağa çalışacaq, beynini ingiliscə düşünməyə vadar edəcək. Əlavə olaraq kitabın sonunda verilmiş qarşılıqlı tərcüməli əsərlərlə müvəffəqiyyət faizini ölçə biləcək;
Zövqlə oxuyacaq
Bir çox hekayə oxumaqla yeni əsərlərlə tanış olacaq, eyni zamanda zövqlə xarici dili öyrənəcək.
KİTAB HAQQINDA :
Anidən gələn qonaq özünü tanıtmaq istəməsə də Şerlokun "Əlahəzrət" deyərək, həmin maskalı adama müraciət etməsi macəranın axarını dəyişir. Bu qonaq Bohemiya kralıdır!
Bəs Bohemiya kralını Şerlokun hüzuruna gətirən səbəb nədir?
İren Adler! Şerlok Holmsu heyrətləndirən və təəccübləndirən ağıllı və dərrakəli qadın, İren Adler!
Müəmmalarla dolu bir əsər!
Kitabın içərisindən:
📜“Bəsitdir,” o dedi və güldü. “Küçədəki o adamları gördün? Bizə kömək etsinlər deyə onlara pul vermişəm. Bu, əsl dava deyildi və qan həqiqi deyildi. Adamlar “Yanğın!” deyə qışqıranda, bir qadın evindəki ən vacib şeyə qaçır - körpəsinə, qızılına və yaxud... fotoşəklə.
.
📜“It's easy,” he said, and laughed. “You saw those people in the street? I paid them to help us. It wasn't a real fight and the blood wasn't real. When people shout “Fire!”, a woman runs to the most important thing in her house, her baby, her gold, or... a photograph.