XVII əsrin əvvəllərində naməlum müəllif tərəfindən yazılmış bu əsər XV-XVI əsrlərdə Qaraqoyunlular, Ağqoyunlular və Səfəvilər dövründə Azərbaycanda və qonşu ölkələrdə baş verən tarixi hadisələri əks etdirir.
Müəllif müxtəlif qızılbaş tayfaları və bu tayfalardan çıxmış görkəmli şəxslər barədə məlumat verir ki, bu da qızılbaş hərəkatında hansı tayfaların iştirak etdiyini və bu iştirakın mühümlük dərəcəsini müəyyənləşdirməyə imkan yaradır. Bu baxımdan “Qızılbaşlar tarixi” tamamilə orijinal bir mənbədir. Əsər indiyə qədər Azərbaycan tarixşünaslığında tədqiqata cəlb olunmamışdır.
Tərcümə, əsərin Tehranda saxlanan yeganə əlyazması nüsxəsinin 1982-ci il nəşrindən edilmişdir.
Şərhlərin yazılmasında bir sıra tarixi mənbələrdən (“Tarix-i aləmara-yi-Əmini”, “Əhsən ət-təvarix”, “Şərəfnamə” və s), elmi və məlumat xarakterli ədəbiyyatdan, o cümlədən Azərbaycan tarixçiləri Z.M.Bünyadovun, O.Ə.Əfəndiyevin, Ş.F.Fərzəliyevin tədqiqatlarından istifadə olunmuşdur.
ISBN:
9789952858808
Janr:
Tarix
Nəşriyyat:
Kosmo
Cild:
Yumşaq
Səhifə sayı:
80
Dil:
Azərbaycan
Метка:
Ekspress
Çəki, g:
250
Məhsul haqqında rəylər
Burada hələ heç kim rəy yazmayıb. Birinci olun!
Bənzər məhsullar