Macəra həvəsi ilə yola çıxan Lemyuel Qulliver gəmi qəzasından sonra cırtdan adamların ölkəsinə düşür. Burada o qonşu dövlətlə müharibə edən Liliputstanlılara kömək edir. Müharibədə məğlub olan tərəf Qulliverə nifrət edir və onu öldürməyi qərara alır. Qulliver bunu duyan kimi oradan uzaqlaşır.
Daha sonra o, nəhənglər diyarına düşür, hər an əzilmək, siçanlara yem olmaq təhlükəsi ilə üz-üzə qalan Qulliver buradan da qaça bilir.
Uçan adaya gəlib çıxanda isə özünü xilas olmuş zənn edən Qulliver, buradakı insanların da qəribə, cansıxıcı həyat sürdüklərinin şahidi olur. Uçan adanın sakinləri yalnız musiqi və riyaziyyatla maraqlanır, bədən ölçülərinə uyğun olmayan paltarlar geyinirlər. Onların ətraflarındakı hər şey tərsinədir. Vaxt keçdikcə Qulliver buradakı insanlardan da soyumağa başlayır. Kapitan Mendesin səbirli qərarları onu bu düşüncələrdən xilas edir.
Qulliverin başına gələn maraqlı, qorxulu və qəribə yumorla müşayiət olunan hadisələr sizi hər səhifədə həm əyləndirəcək, həm də düşündürəcək.
Öz zamanındakı İngiltərənin bütün nöqsanlarını qorxmadan açıb göstərən Conatan Svift (1667-1745) Dublində anadan olub, çox ağır və çətin bir həyat yaşayıb. Təsadüfi deyil ki, dahi yazarın məzar daşında bu sözlər yazılıb: “Burda ürəyi haqsızlıqlar qarşısında parça-parça olan biri uyuyur”.
Sviftin “Qulliverin səyahəti” romanı dünya ədəbiyyatının ən gözəl satirik əsərlərindən biridir. Əsər 1726-cı ildə yazılmasına baxmayaraq bu gün də aktualdır.
ISBN:
9789952492590
Janr:
Uşaq ədəbiyyatı
Nəşriyyat:
Libra
Cild:
Yumşaq
Müəllif:
Conatan Svift
Səhifə sayı:
200
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər
Burada hələ heç kim rəy yazmayıb. Birinci olun!
Bənzər məhsullar
Bununla birlikdə alırlar