Övladlarımızla bərabər rəqəmsal bir dənizin içindəyik. Üzməyi həm özümüz öyrənməli, həm də onlara öyrətməliyik. Övladlarımızı dənizdəki müxtəlif təhlükələrdən qorumaq bizim borcumuzdur. Bəs bunu necə bacaracağıq? Təhlükələrin nələrdən ibarət olduğunu necə anlayacağıq? Qətiyyən çarəsiz, əliyalın olduğunuzu düşünməyin. Bu kitab sizin bir nömrəli köməkçinizdir. Hər an yanınızda olacaq və sizə bələdçilik edəcək. Bu kitabı oxuyaraq övladlarınızı virtual dünyanın təhlükələrindən qorumaqla bərabər, onların daha sağlam, daha zəki, daha bacarıqlı olmasını təmin edəcəksiniz. Bizi mühasirəyə alan, hətta bədənimizin bir üzvünə çevrilən rəqəmsal cihazlardan düzgün istifadə edilməməsi ağır nəticələrə səbəb ola bilər. Nə etməliyik ki, övladımız “texnologiya mübtəlası”na çevrilməsin, planşetə baxmadan yemək yesin, gününü televizorun, kompüterin qarşısında keçirməsin, aktiv ömür sürüb uğurlu bir insan olsun, rəqəmsal cihazlarla sadəcə dostluq eləsin, onlardan öz faydası üçün yararlansın? Əziz valideynlər, bu kitab sayəsində yuxarıdakı sualların hamısına cavab tapacaqsınız...
ISBN:
9789952540413
Janr:
Psixologiya
Nəşriyyat:
Teas Press
Cild:
Yumşaq
Müəllif:
Kristi Qudvin
Səhifə sayı:
264
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər
Burada hələ heç kim rəy yazmayıb. Birinci olun!
Bənzər məhsullar
Bununla birlikdə alırlar