Axtarış
Əlaqələr

Biz həftənin 7 günü, saat 9:00 - 20:00 qədər çatdırılma edirik.

Şəxsi kabinet
Şəxsi kabinet
Sevimlilər
Sevimlilər
Səbət
Səbət
−15%

Ruhumdan süzülən sətirlər

Nəşriyyat: Qanun Nəşriyyatı
Müəllif: Henri İtaly
Artikul: 9789952608502
Daha az alındı 20 bir dəfə
Ölçü vahidi: ədəd
10.20 AZN
12 AZN
Qənaət 1.80 AZN
Onlayna özəl qiymət
Mövcuddur1

Bu kitab təkcə sevgi hekayəsi deyil, bu, bir insanın öz ruhuna etdiyi səyahətdir. Dublinin tarixi küçələri... Sərgidə qarşılaşan iki doğma ruh... Və yarımçıq qalan hisslərin ağrısı... Oxucu bu hissləri oxuyanda sevginin ilk həyəcanı ilə tanış olacaq. “İçimdəki Henri” hissəsində müəllif insanın öz içindəki ikinci “mən”lə üzləşir – baş tutmayan arzular, susdurulmuş duyğular və qaça bilmədiyi həqiqətlərlə. “Gəncliyimə məktub” isə zamanla dialoqdur: itirilmiş illər, peşmanlıqlar, amma eyni zamanda, güclənmiş iradə və özünü anlama prosesi. Sənin səhvlərinin və başqasının səhvlərinin ömrümüzdə buraxdığı dərin izləri göstərir. “Söndürmədiyim işıq” isə daxili azadlığı qorumağın və işığı sönmədən saxlamağın gücünü vurğulayır. “Henri və Joliya” romanı xəyali bir qadın obrazının hekayəsindən bəhs edir. Sevgi əvvəl-əvvəl yazıda doğulur, baxışda böyüyür, toxunuşda tamamlanır və birlikdə qurulan həyatla ömrə çevrilir. Bu əsər oxunmaq üçün deyil – hiss etmək və öz daxili dünyanda rezonans yaratmaq üçün yazılıb. Hər hekayə bir ruhun izidir.

ISBN:
9789952608502
Janr:
Müasir Azərbaycan ədəbiyyatı
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Henri İtaly
Səhifə sayı:
104
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər 5
LA
Larisa
15.04.2026 в 21:10

Üstünlüklər:
Saymaqla bitməz əla sanki danışa bilmedikırimizi dilə getirib

Qüsurlar:
Yoxdu

Mətni nəzərdən keçirin:
"Ruhumdan süzülən sətirlər"
Bu gün kitabı əlimə alanda qəribə bir hiss keçirdim. Sanki sadəcə bir kitab yox, bir insanın ürəyi ovucumun içində döyünürdü. Səhifələri vərəqlədikcə hər cümlə, hər söz içimə işləyirdi... Henrinin ilk kitabı idi. Amma o sətirlərdə bir "ilk"in həyəcanından çox, illərin susqunluğu, yığılıb qalan duyğular vardı. Elə bil hər yazdığı cümlə gecələrin səssizliyində, heç kimə deyə bilmədiyi hisslərin pıçıltısı idi. Bir səhifədə dayandım...
"Bəzən insan danışa bilmədiklərini yazır, çünki yazı heç vaxt onu yarı yolda qoymur"
Gözlərim doldu. Çünki o sətirlər təkcə onun deyildi - bir az da mən idim, bir az da belə darixarmış.
hamımız.Kitabı bağlayanda başa düşdüm ki, bu Henri Italy sadəcə başlanğıcdır. Bu sətirlər bir yolun ilk addımıdır. Və o yol davam edəcək... Çünki ruhdan gələn sözlər heç vaxt tükənmir.
"Xeyirli-uğurlu olsun... Bu ilk kitabın, amma
sonuncu olmayacaq. Çünki sənin içində hələ
yazılmamış neçə-neçə hekayə var

BA
balaliyev
15.04.2026 в 19:16

Üstünlüklər:
Menaca derin, amma her bir oxucu ucun anlayacaq qeder sade dilde yazllmlw.

Qüsurlar:
Hiss olunmur.

Mətni nəzərdən keçirin:
Her kese oxumagl tovsuye edirem. Suz verirem orda her kes uzunu tapacaq. Mutaile edin,ic dunyanlza seyahete clxln.

DI
Dilsad
15.04.2026 в 18:36

Üstünlüklər:
Çox muhteşemdi. İnsanı qətiyyən yurmur. Davamı gəlsin.

Qüsurlar:
Yoxdu

Mətni nəzərdən keçirin:
Yazar elə bil mənim üçün yazıb. Üzümü gördüm. Ele sətirlər var ki, qəlbimin ən dərinə tuxunur.

TH
Tural Hacağayev
15.04.2026 в 13:49

Üstünlüklər:
Adamı dərin düşüncəyə aparır

Qüsurlar:
Yoxdur məncə

Mətni nəzərdən keçirin:
Bu kitab mənə hədiyyə olunanda sadəcə bir kitab kimi baxmışdım. Amma ilk səhifələrini açıb oxumağa başladığım anda anladım ki, bu adi bir hekayə deyil. Sanki bir insanın həyatına qapı açıldı və mən o qapıdan içəri daxil olub onun duyğularını, yaşadıqlarını və düşüncələrini yaxından hiss etməyə başladım.
İlk sətirlərdən etibarən məni özünə çəkən bu kitab, bir insanın həyatından bir parçanı o qədər dərin və təsirli şəkildə təqdim edir ki, oxuduqca sanki öz həyatınla da paralellər qurursan. Bəzən susduğun yerləri, bəzən demək istədiyin, amma deyə bilmədiyin hissləri bu sətirlərdə tapırsan.
Bu kitab təkcə oxunmaq üçün deyil, hiss olunmaq üçün yazılıb. Məncə, hər kəs həyatında ən azı bir dəfə bu cür kitablarla qarşılaşmalıdır. Ona görə də bu kitabı ürəkdən hər kəsə oxumağı tövsiyə edirəm. Çünki bəzi kitablar sadəcə hekayə danışmır — insanı dəyişir.Oğurların bol olsun HENRİ .

RA
Rail
15.04.2026 в 13:42

Üstünlüklər:
Əla çox gözəl bütün kitab sevənlər və sevməyənlər həyatı dərk etmək üçün tövsiyə edirəm xoş mütaliə

Qüsurlar:
Qüsur tapmadım

Mətni nəzərdən keçirin:
Çox gözəl

5 / 5
5 ulduz 4 4 ulduz 0 3 ulduz 0 2 ulduz 0 1 ulduz 0 Qiymətləndirmə olmadan 1
Bənzər məhsullar
3.50 AZN
Boyama fiqur 3
ədəd
3.50 AZN
Boyama fiqur 2
ədəd
3.50 AZN
Boyama fiqur 1
ədəd
22.80 AZN 24 AZN
Dəmir maşın 32696
ədəd
11 AZN 12.95 AZN
Bir-birimizə demədiyimiz sözlər
ədəd
21.24 AZN 24.99 AZN
Qədim Yunanıstanın mifləri və əfsanələri
ədəd
48.24 AZN 53.60 AZN
Белоснежка и семь гномов (+ музыка)
ədəd
48.24 AZN 53.60 AZN
Большое путешествие (+ музыка)
ədəd
17.28 AZN 19.20 AZN
Наставник во Христе
ədəd
20.07 AZN 22.30 AZN
Магия благодарности
ədəd