Doktor Mark Qoulston karyerasının başlanğıcında intihara və zorakılığa meyilli şəxslərlə işləyib. Şəxsi təcrübəsi əsasında istənilən insanı yola gətirmək qabiliyyətini, bunun üçün istifadə etdiyi metodlar isə “Sadəcə, dinlə” adlı kitabın əsasını formalaşdırıb.
Bəzən söhbət zamanı qarşınızdakı insana təsir edə, onu inandıra, məqsədinizə nail ola bilmədikdə, yəqin ki, sizin də ağlınızdan belə fikirlərin keçdiyi olub: “Sözünü elə bil daş divara deyirsən”. Mark Qoulstonun “Sadəcə, dinlə” kitabı oxuculara bu cür “daş divarlar”la rəftar etməyin, “o divardakı ən zəif daşı tapmağın” yollarını öyrədəcək.
İnsanlarla ünsiyyət qurmağı, onlarla “öz dillərində” danışmağı, tərs inadkarları həqiqətlərinizə inandırmağı arzulayırsınızsa, mütləq bu kitabı oxumalısınız.
ISBN:
9789952368680
Janr:
Psixologiya, özünüinkişaf
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Mark Goulston
Səhifə sayı:
264
Dil:
Azərbaycan
Метка:
Bestseller, Ekspress
Məhsul haqqında rəylər 8
Sadəcə dinlə,kitabını oxumaq mənim üçün terapiya kimi oldu. Hər kəsə tövsiyə edirəm.
Çox motivasiyaedici və praktik bir kitab. Həyatımı daha məhsuldar və dərk edilmiş bir şəkildə yaşamağa başladım.
Bu kitab mənə özümə inanmağa və həyatdakı məqsədlərimə çatmaqda daha əzmkar olmağa kömək etdi. Çox faydalı bir əsərdir. Məsləhətlidir.
Kitab mənim üçün əvəzolunmaz bir resursdur. Düşüncələrimi və duyğularımı idarə etməkdə böyük kömək edir.
Kitabımı yeni götürdüm, göstərdiyiniz xidmətdən razı qaldım. Hər bir əməkdaşınıza təşəkkür edirəm. Kitabın bir neçə səhifəsini oxumuşam, bəyəndim. Oxuyacağım üçün səbirsizlənirəm.
Bu kitabı oxumaq mənim üçün bir müdriklik idi. Yazarın insan psixologiyası ilə bağlı təhlili məni həqiqətən də təsir etdi.
Super Kitabdir!!!!!!!
👍
Bənzər məhsullar
Bununla birlikdə alırlar