Monin çiyələk siropu şirkətin sirop zəncirində ilk meyvə aromatizatorlarından biri olub. Fransada məşhur olan çiyələk siropunu suya, yaşıl nanəyə və limonada əlavə edərək Strawberry Diabolo, həmçinin ətirli südlü içkilər hazırlayırlar.
Baharın ilk meyvəsi sayılan bağ çiyələyi bütün dünyada yetişdirilir, lakin ilk dəfə 1750-ci illərdə Fransanın Brittani şəhərində yetişdirildiyi deyilir. Çiyələk dondurma, milkşeyk, smuzi və yoğurt kimi süd məhsullarında istifadə olunan məşhur bir aromatizatordur. Bundan başqa ideal yay deserti sayılan "çiyələk və qaymaq" ikilisi isə İngiltərədə Uimbldon Tennis Çempionatında çox istifadə olunur.
Bu gözəl qırmızı giləmeyvə həm tortun biskvitinə əlavə edilir, beze və köpürdülmüş qaymaq ilə qarışdıraraq "Eton sıyığı" hazırlanır və həm də mürəbbə bişirilir. Monin çiyələk siropunu ləzzətli desert kokteylləri, təravətləndirici limonadlar və süd kokteyllərinə əlavə etməklə bu içkilərə özəl dad bəxş edin.
Метка:
Ekspress
Çəki, g:
300
Brend:
MONIN
Məhsul haqqında rəylər
Burada hələ heç kim rəy yazmayıb. Birinci olun!
Bənzər məhsullar