Həqiqətən də, burada yalnız bir ciddi fəlsəfi problem var: intihar. Və otuz yaşlarına çatmayan bir gənc oğlan qalın bir xətlə sanki bütün fəlsəfəni çizən belə qorxunc bir düsturla bu absurd həssaslığı təhlil etməyə başlayır. O,indiki dövrün ən böyük əziyylətlərindən biri olan «ruh ağrısını» belə təsvir edir: Absurdluq insan çağırışının dünyanın əsassız sükutu ilə qarşıdurmasından doğur.
Üstünlüklər:
Üz qabığı pis deyil, yaxşıdır.
Qüsurlar:
Kitabı orijinal dilində — fransızca oxumağı tövsiyə edirəm. Qanun nəşriyyatının tərcümələri barədə əvvəllər də mənfi rəylər eşitmişdim, lakin indiyədək oxuduğum heç bir əsərdə bu qədər çətin və anlaşılmaz dilə rast gəlməmişdim.
Çox təəssüf hissi ilə deməliyəm ki, məhz “Sizif haqqında mif” əsəri dilimizin müvafiq qaydalarına uyğun gəlməməsi və axıcı olmaması səbəbindən yarımçıq qoyacağım kitablar siyahısına əlavə olunacaq (cəmi 35 səhifə oxuya bildim).
Mətni nəzərdən keçirin:
Cəmi 35 səhifə oxuya bildiyim üçün kitab haqqında heç bir fikrim yoxdur.
Mən bəyəndim! Həyatın mənası barədə gözəl və düşündürücü bir əsərdir.