Səncə uğurlu olmaq üçün müasir insana hansı bacarıqlar
lazımdır? Sadalaya bilərsənmi? Bu barədə bir az
düşün və həmin bacarıqların siyahısını hazırla.
İndi cavablarına bax. Bəlkə də, cavablarının içində
‘özünə əminlik’, yaxud ‘hazırcavablıq’ adlı xüsusiyyətlər
var. Əla! Bunlar və ona bənzər digər bacarıqlar insanın
uğurlu olmağı üçün çox mühüm rol oynayır. Amma
sənə bir sirr açım. Bunlardan daha öncə gələn və daha
mühüm olan bir bacarıq var: Sual vermə bacarığı!
Bəli, özünə əmin olub cavab verməzdən öncə, sual
verməyi öyrənməlisən. Amma sualları doğru şəkildə
vermək çox önəmlidir. Sualları doğru şəkildə verməyi
bacaran insan özünə daha əmin və daha hazırcavab
olur. Bəs sualları doğru şəkildə necə veririk? Bu kitabda
məqsədim bu yolda sənə bələdçi olmaqdır. Yolumuza
başlamazdan əvvəl yadda saxla ki, insanlar suallar
verərək inkişaf edir, öz baxış bucaqlarını və suallara öz
cavablarını formalaşdırır.
ISBN:
9789952383454
Janr:
Uşaq tərbiyəsi
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Günel Kərimova
Səhifə sayı:
80
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər 4
Uşağların tərbiyəsi üçün çox önəmli kitabdı, məntiq düşüncəni inkişaf etdirir. Hamıya məsləhət görürəm!
Uşaqların tərbiyəsi ilə məşğul olan, uşaqlarla birgə işləyən bütün şəxslərə tövsiyə edirəm.Oxumaga çox dəyər
Uşaqlarımı tərbiyə edərkən bilmək olduğum ən önəmli xüsusiyyətləri birləşdirib bir kitaba cem ediblər.Sanki qiymətli bir xəzinədir.
Bəyənərək oxuyuram.Bəzən elə düşünürük ki,sual vermək asan,cavab vermək çətindir.Əslində isə əksinədir.Doğru və düzgün,yerində sual verə bilmək çox çətindir.Nə yaxşı ki,Sual verməyi öyrən kitabını oxuyuram.Çünki təkcə uşaqlarım deyil,ilk öncə özümdə düzgün sual verməyi öyrənib,özümü təkmilləşdirirəm.Bilirəm ki,məndə öyrəndiklərimi tətbiq etdikcə uşaqlarımda sual verməyi öyrənəcək.Bütün valideyinlərə,hətta uşaqlarla çalışan hər bir kəsə tövsiyyə edirəm.
Bənzər məhsullar
Bununla birlikdə alırlar