Hər hansı məqsədə tabe edilərək yaşanılan həyat bir yoldur. Sufilər də, adətən, həqiqətə, idraka, işıqlı gələcəyə aparan yolu nəzərdə tutaraq özlərini “yol adamları” adlandırırlar. Amma həqiqət ancaq sufilərəmi açılır?
Osho hər birimizin dərkedilmə yolunu tapa biləcəyimizi təsdiq edir. Onda bəs bizim üçün əvvəlcədən təyin edilmiş həqiqətin nədən ibarət olduğunu necə anlamaq olar?
“Axtarışçı” nə deməkdir? Osho bu kitabda əsrlərin dərinliyindən gələn sufizmin müdriklik xəzinəsini kəşf edir. Buradakı söhbətlərində Osho keçmiş və gələcək, fani və əbədi, insani və ilahi olanı, eləcə də bu yöndəki bir çox mövzunu heyrətamiz aydınlıq və əminliklə müzakirə edir.