“Teatr” müəllifin maraqla qarşılanan və sənətə yüksək dəyər verilən əsərlərindən biridir.
Əsərin baş qəhrəmanı aktrisa Culiya Lembertdir. 50-yə yaxın yaşı olan Culiya Lembert İngiltərənin ən sevimli aktrisasıdır. O, gözəldir, zəngindir, ideal ailəsi var, ona sayğı ilə yanaşırlar. O öz teatrının sahibəsidir və əri ilə birlikdə bu teatra rəhbərlik edir. Əri Maykl İngiltərədə ən uğurlu teatr prodüseridir. Oğulları Rocer bu səadət tablosuna əlavə rəng qatır və xoşbəxt tablonu tamamlayır.
Günlərin bir günü teatra gənc bir mühasib gəlir. Mühasibin vergi söhbətində yeni ideyaları Mayklın diqqətini çəkə bilir. Maykl gənc mühasibi evinə nahara dəvət edir, hətta Culiyadan oğlana diqqət göstərməsini xahiş edir. Culiya da həmişəki sevimli aktrisa ədasıyla, heç bir niyyəti olmadan gəncə imzalı rəsmini hədiyyə edir. Və hər şey bundan sonra başlayır…
XX əsrin ingilis ədəbiyyatı klassikləri ilə bir cərgədə yer alan Moem 1874-cü ildə Parisdə, Britaniya səfirliyi işçisinin ailəsində dünyaya göz açıb. Valideynlərini erkən itirən yazıçı İngiltərənin cənub-qərbindəki Uitstebi şəhərində yaşayan əmisinin himayəsi altında böyüyüb.
Böyük ingilis nasiri, dramaturqu, esseisti, ədəbi tənqidçisi Somerset Moemin altmış beş illik yaradıcı ömrü saysız-hesabsız romanlar, novellalar, pyeslər, esselər, məqalələr ilə zəngin olub. O, 1897-ci ildə ilk romanını yazır (“Lambetli Liza” – Liza of Lambeth), daha sonra yazdığı “Ledi Frederik” romanı ona şöhrət gətirir.
ISBN:
9789952265965
Janr:
Klassika
Nəşriyyat:
Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Somerset Moem
Səhifə sayı:
248
Dil:
Azərbaycan
Seriya:
Qırmızı Klassika
Метка:
Ekspress
Məhsul haqqında rəylər 1
Moem müxtəlif personajlar və hadisələr vasitəsilə teatr dünyasının pərdəarxasını işıqlandırır. Əsər dramatik povesti, dərinliyi ilə ədəbi ləzzət verir. Çox təsirli əsərdir. "Teatr "öz gücünü, insan münasibətləri anlayışını və yumoristik üslubunu oxucuya uğurla çatdıran bir əsərdir
Bənzər məhsullar
Bununla birlikdə alırlar