Wall Street Journal tərəfindən "itirilmiş sevginin hərəkətli nağılı" və Shelf Awareness tərəfindən "güclü, ürəkağrıdan hekayə" kimi vəsf edilən, həsrət, vüsal və taleyin qəribəliklərini əks etdirən roman - "Tehranda kitab dükanı"
1953-cü ildə Tehranın siyasi təlatümləri arasında yaşayan xəyalpərəst, idealist yeniyetmə Röya mehriban qonşu cənab Fəxrinin kitablarla dolu dükanında ədəbi dincliyini tapır.
Günlərin birində Fəxri bəy sevimli müştərisi Röyanı digər sevimli müştərisi – ədalətə ehtirası və Ruminin poeziyasına məhəbbəti olan yaraşıqlı Bəhmənlə tanış edir. Elə ilk görüşdən güclü məhəbbətə qapılan iki gəncin bundan sonra yeganə görüş yeri Tehrandakı bu kitab dükanı olur.
Bir neçə aydan sonra, evlilikləri ərəfəsində Röya Bəhmənlə şəhər meydanında görüşmək haqqında razılaşır. Lakin dövlət çevrilişi ölkənin və insanların gələcəyini həmişəlik dəyişdirir.
Röya həftələrlə ümidsizcəsinə onunla görüşə gəlməyən Bəhməni axtarsa da cəhdləri nəticəsiz qalır.
Beləcə, onu atıb gedən, əhdindən dönən sevgilisinin sındırdığı ürəklə o, Kaliforniyadakı kollecə daxil olur və yeni bir dünyada yeni biri ilə ailə qurur.
Lakin, ilk məhəbbət unudula bilərmi?!
Altmış ildən çox keçsə də taleyin qəzası Röyanı yenidən Bəhmənlə qarşılaşdırır və ona ürəyindəki bütün suallara cavab tapmaq imkanı bəxş edir. Yarım əsrdən artıqdır ki, onu narahat edən və taleyini dəyişən suallar:
Niyə getdin?
Hara getdin?
Necə oldu ki, məni unuda bildin?
ISBN:
9789952385397
Janr:
Roman
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Marjan Kamali
Səhifə sayı:
384
Dil:
Azərbaycan
Метка:
Bestseller, Ekspress
Məhsul haqqında rəylər 33
Emil
08.12.2024 в 23:05
Çox təsirlidir. Son illər ən təsir edən əsərlərdən biri oldu.
Nigar
25.10.2024 в 22:55
Möhtəşəm əsərdir
Shu
04.09.2024 в 23:42
Əla, təşəkkür edirəm! ❤️
Sürəyya Seyidli
10.08.2024 в 21:58
Kitab seçimləri genişdir və sifarişim çox tez çatdırıldı. Ali Nino, siz mənim sevimli kitab mağazamsınız.
Leyla
24.06.2024 в 16:13
Mükəmməl kitabdır
K. Gülşən
10.06.2024 в 22:51
Oxuyarkən çox təsirləndim.. Heyrətamiz bir əsərdir.
İradə
15.05.2024 в 15:43
İlk dəfə onlayn alış-veriş etdim və çox məmnun qaldım. Sifarişlərim sürətlə və zərərsiz gəldi.
İradə
14.04.2024 в 23:37
Məndə öz fikrimi bildirmək istədim, həqiqətən maraqlı əsərdir. Çox xoşuma gəldi.
Azadə
27.02.2024 в 23:30
Bacıma hədiyyə etdim.
Əsəri oxuyub , çox xoşuna gəldiyini deyir. Məndə oxumağı düşünürəm..
Çinarə
22.02.2024 в 16:52
Həyəcanla oxuduğum bir kitab oldu 👍👍👍👍👍👍.
Vəsilə
21.02.2024 в 16:30
Oxumağa başladım. Artıq ayrıla bilmirəm kitabdan.
Əsma Səda
18.02.2024 в 18:22
Rəfiqəmin mənə hədiyyəsidir. Kitabın ilk səhifəsindən tutuldum mən, o qədər axıcı, o qədər maraqlı yazılıb ki, kitabı əlimdən qoya bilmirəm. 👍👍👍❤️❤️❤️❤️❤️📖📖📖📖
Banu Namazova
15.02.2024 в 16:02
Bir nəfəsə oxumağa çalışdığım kitablardan oldu. Baş verən hadisələr məni alıb uzaqlara apardı. Hadisələrin sonunu bilmək üçün həvəslə və sürətlə oxuyuram. Bitirməyimə az qalıb.
Səidə
12.02.2024 в 19:30
Niyə getdin? Hara getdin? Necə oldu ki, məni unuda bildin? Bu sualların cavabını tapmaq üçün kitabı tələsik oxudum. Cavabı sonuncu səhifələrdə tapdım.
Əminə
04.02.2024 в 13:08
Kitab oxumağı çox sevirəm. Hər gün mütləq bir qədər oxumalıyam. Bu əsərdə mənim üçün yeni bir təcrübə oldu. Qətiyyən vaxt itkisi deyil, məsləhətlidir.
Mehin
02.02.2024 в 15:54
Kitab hədiyyə etməyi sevirəm. Bu kitabı da rəfiqəmə hədiyyə etdim, oxuyub, çox xoşuna gəlib . Oxumaq istəyən hər kəsə tövsiyə edirəm.
Namazova Selcan
29.01.2024 в 16:00
Çox təsirli, mükəmməl bir əsərdir.
Namazova Selcan
29.01.2024 в 16:00
Çox təsirli, mükəmməl bir əsərdir.
Amilə
27.01.2024 в 22:08
Rəfiqəmin məsləhəti ilə oxudum, çox bəyəndim. Sevərək, həvəslə oxunulası kitablardandır.
Afət Fərmanova
24.01.2024 в 12:03
Marjan Kamalidən iki kitab oxumuşdum. Fərqli düşünür Kamalı. Xoş olur onu oxumaq. İnşallah yeni kitablarını səbirsizliklə gözləyirəm
Ülkər
21.01.2024 в 15:12
Həftə sonları sizin mağazalara baş çəkirəm. Özümə yeni kitablar alıram. Sizdə kitabların qiymətləridə yaxşıdır həmişə olduğu kimi bu gün də ucuz aldım kitablarımı.
Rüstəm
17.01.2024 в 22:48
Oxuduğum ən maraqlı kitablardan biridir desəm yeridir.
Mədinə
15.01.2024 в 18:10
Tehrandakı kitab dükanı” kitabı İran inqilabının kölgəsində keçən emosional sevgi hekayəsindən bəhs edir. Müəllif mədəniyyət tarixi ilə sevginin kəsişməsində tamaşaçı portretini çəkir. “Kitab tarix, mədəniyyət və insan münasibətləri arasında dolaşan teksturası ilə oxuculara unudulmaz təcrübə təqdim edir”.
Dəniz
11.01.2024 в 11:21
Əsərin qəhrəmanları olan "Bəhmən" və "Röyanın" sevgisi məni duğulandırdı. Təsirli həyat hekayəsidir.
Banu
10.01.2024 в 15:12
Olduqca maraqlı əsərdir, sevərək oxudum.
Amil xəlilov
05.01.2024 в 16:16
Kitab çatdırılması prosesi çox təhlükəsiz və təsirli idi. Hər hansı bir problem olsa da, müştəri xidmətləri çox sürətli cavab verirdi və məsələni həll edirdi.
Həsən
02.01.2024 в 17:45
Ali&Ninonun müştərilərinə göstərdiyi xidmət çox yüksək səviyyədədir. Mən bir problem yaşamadan tezliklə və yaxşı cavab aldım, bu da sayta olan etimadımı artırdı.Kitabım da artıq masamın üstündədir.
Çiçək
01.12.2023 в 00:34
Vau 😍❤️
Cəfər
28.11.2023 в 06:30
Çox təsirli romandır. Oxumaqdan böyük zövq aldım. Hadiləsələr o qədər axıcı qələmə alınıb ki, özümü hadisələrin içində hiss etdim.
Qılman
26.11.2023 в 17:31
Ölkənin bir nomrəmli kitab satışı magazaları və saytı sizsiniz! Mən sizin xidmətlərinizdən çox razı qaliram.
Vüsal
21.11.2023 в 18:49
Online sifariş etdim və sifarişimdən iki saat sonra kitablarim artıq əlimdə idi. Təşəkkür edirəm sizə 👍.
Ceyhun
20.11.2023 в 21:26
Romanda İran inqilabından sonrakı dövr və mədəni dəyişiklikləri təsvir edilir. İnsan münasibətlərini və ailə bağlarını dərindən izah edən təsirli bir əsərdir. Kitab paytaxt Tehrandakı bir kitab mağazasının hekayəsi vasitəsilə təsvir edilir və sevginin gücündən bəhs edir. Kəmali personajlar vasitəsilə İranda baş verən dəyişiklikləri, mədəni konfliktləri, fərdlərin şəxsi çətinliklərini şiddətlə ifadə etsə də, kitabda həm də insan orijinallığı və dözümlülüyü vurğulanır.
Pərvanə
09.11.2023 в 10:12
Kitab barəsində verdiyiniz başlığı oxudum. Bəhmanlə Röyanın unudulmaz məhəbbətini oxumaq istəyirəm. İndi tez zakaz verirəmki. kitab çap olub bitənkimi birinci olxuyan mən olum.