Axtarış
Əlaqələr

Biz həftənin 7 günü, saat 9:00 - 20:00 qədər çatdırılma edirik.

Şəxsi kabinet
Şəxsi kabinet
Sevimlilər
Sevimlilər
Səbət
Səbət

 Wall Street Journal tərəfindən "itirilmiş sevginin hərəkətli nağılı" və Shelf Awareness tərəfindən "güclü, ürəkağrıdan hekayə" kimi vəsf edilən, həsrət, vüsal və taleyin qəribəliklərini əks etdirən roman - "Tehranda kitab dükanı"

1953-cü ildə Tehranın siyasi təlatümləri arasında yaşayan xəyalpərəst, idealist yeniyetmə Röya mehriban qonşu cənab Fəxrinin kitablarla dolu dükanında ədəbi dincliyini tapır.

Günlərin birində Fəxri bəy sevimli müştərisi Röyanı digər sevimli müştərisi – ədalətə ehtirası və Ruminin poeziyasına məhəbbəti olan yaraşıqlı Bəhmənlə tanış edir. Elə ilk görüşdən güclü məhəbbətə qapılan iki gəncin bundan sonra yeganə görüş yeri Tehrandakı bu kitab dükanı olur. 

Bir neçə aydan sonra, evlilikləri ərəfəsində Röya Bəhmənlə şəhər meydanında görüşmək haqqında razılaşır. Lakin dövlət çevrilişi ölkənin və insanların gələcəyini həmişəlik dəyişdirir.

 Röya həftələrlə ümidsizcəsinə onunla görüşə gəlməyən Bəhməni axtarsa da cəhdləri nəticəsiz qalır.

Beləcə, onu atıb gedən, əhdindən dönən sevgilisinin sındırdığı ürəklə o, Kaliforniyadakı kollecə daxil olur və yeni bir dünyada yeni biri ilə ailə qurur.

Lakin, ilk məhəbbət unudula bilərmi?!

Altmış ildən çox keçsə də taleyin qəzası Röyanı yenidən Bəhmənlə qarşılaşdırır və ona ürəyindəki bütün suallara cavab tapmaq imkanı bəxş edir. Yarım əsrdən artıqdır ki, onu narahat edən və taleyini dəyişən suallar:

Niyə getdin?

Hara getdin?

Necə oldu ki, məni unuda bildin?

Janr:
Roman
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Marjan Kamali
Səhifə sayı:
384
Dil:
Azərbaycan
Метка:
Bestseller, TEZLİKLƏ!
Məhsul haqqında rəylər
Burada hələ heç kim rəy yazmayıb. Birinci olun!
Bənzər məhsullar
8.84 AZN 10.40 AZN
Fərəh Pəhləvi - Xatirələr
ədəd
13.52 AZN 15.90 AZN
Gecəyarısı uşaqları
ədəd
Bununla birlikdə alırlar
10.19 AZN 11.99 AZN
Tehranın damları
ədəd
12.74 AZN 14.99 AZN
Savalanın göz yaşı
ədəd
13.59 AZN 15.99 AZN
Buzlu nabat satan
ədəd