Bu əsəri uşaqlarmı, yoxsa böyüklərmi daha çox sevir? Qərar vermək çətindir; kitab uşaqları öyrədəcək, böyüklərə isə yön verəcək mesajlarla zəngindir. Əsər Larpin diyarında yaşayan balaca tuflinlərdən bəhs edir; əzilərək yerin və qorxunun altında yaşayan tuflinlərdən. Günü-gündən düşmənləri onların sıralarını azaldır... Susal və Oşan xilas yolunu başçı Norodan fərqli olaraq qaçmaqda, daha dərin qazıb “yerin dibi”ndə yaşamaqda görmür, mübarizə üçün yollar axtarmaq və düşməni məhv etmək üçün “üzə” çıxırlar. Düşmən axtarışı zamanı onlar daha əvvəl görmədiyi – müəllif tərəfindən heç də təsadüfi seçilməyən – heyvanlarla qarşılaşırlar. Məhz bu zaman həm əsərin qəhrəmanları, həm də oxucular əsl həyat dərsləri öyrənməyə başlayırlar; müəllif heyvanları çox məharətlə “danışdırır”, bir çox sosial-psixoloji və önəmli mövzulara toxunur. Bir sözlə, müəllif əzmkarlıq, mübarizə, qorxmazlıq, cəsarət aşılayan bir əsər meydana çıxarıb.
ISBN:
									9789952547542
								Janr:
									Uşaq Ədəbiyyatı
								Nəşriyyat:
									Parlaq İmzalar
								Cild:
									Yumşaq
								Müəllif:
									Amin Sükut
								Səhifə sayı:
									184
								Dil:
									Azərbaycan
								Метка:
									Ekspress
								Məhsul haqqında rəylər 1
Bu kitab qızımın ilk sevimli kitabı oldu. Hekayələr həm maraqlı, həm də öyrədicidir. Hər axşam həvəslə  oxuyuruq.
Bənzər məhsullar
Bununla birlikdə alırlar