Anton Çexovun 1899-1901-ci illərdə yazdığı 4 pərdəli «Üç bacı» dramında müəllif müxtəlif sinif və təbəqələrdən olan ziyalıların ailə münasibətləri, əxlaqı, dünyagörüşü haqqında müşahidələrinə, düşüncə və mühakimələrinə yenidən qayıtmışdır. Aydın görünür ki, ədib bu pyesində əvvəlki əsərlərində onu düşündürən müasir həyat məsələlərinə, məişətə və şüurlara daha ətraflı və dərindən nüfuz etməyə çalışmış, «insan üçün əsl səadət nədir?» sualına özünün realist və materialist anlayışına görə cavab verməyə səy etmişdir. “Üç bacı”da iştirak edənlərin əksəriyyəti universitet, institut və ya gimnaziya qurtarmış dvoryan nəslindən olan ziyalılardır. Əsərdəki əhvalat əyalət şəhərlərindən birində baş verir.
ISBN:
2001269014638
Janr:
Klassika
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Anton Çexov
Səhifə sayı:
128
Dil:
Azərbaycan
Seriya:
Mini Klassika
Метка:
Bestseller, Ekspress
Məhsul haqqında rəylər 3
Əsəri çox bəyəndim, həqiqətən oxumağa dəyər. Çexov sadə dillə böyük məna çatdırmağı bacarır.
Bu əsərin əsasında serialda çəkilib mən onu da bəyənmişdim. Mövzusu belədir, üç bacı olur, hər biri öz həyatını qurur. Amma sonradan bacıların çətinlikləri olur. Bəzən istədiklərini əldə edə bilmirlər, bəzən isə talelərindən qaça bilmirlər. Mən çox srvirəm bu hekayəni.
Kitabı oxumaqdan böyük zövq aldım. Hekayənin təsiri hələ də mənimlədir.
Bənzər məhsullar
Bununla birlikdə alırlar