Bu kitab müasir dövrün ən böyük bestselleridir. Onun tirajının sayı və uğurları inanılmazdır.
Kitab yaradılışın qanunlarına tabe olaraq uğurun bizi hərəkətə gətirən ambisiyalar, dəqiq planlar və ağır zəhmətin nəticəsi olması barədə əfsanələri darmadağın edir.
Dipak Çopra “Uğurun yeddi mənəvi qanunu” kitabında bütün həyatınızı dəyişəcək uğura yetmək perspektivini belə təsvir edir: elə ki həqiqi təbiətinizi anlayıb, onunla harmoniyada yaşamağa başlayacaqsınız, böyük səylər sərf etmədən asanlıqla rifah, sağlamlıq, ruhunuza məmnunluq, güc və həvəs Sizə doğru gələcək, ətrafınızdakı insanlarla xoş ünsiyyət yaranacaqdır.