Axtarış
Əlaqələr

Biz həftənin 7 günü, saat 9:00 - 20:00 qədər çatdırılma edirik.

Şəxsi kabinet
Şəxsi kabinet
Sevimlilər
Sevimlilər
Səbət
Səbət
−20%

Ürəkbulanma

Artikul: 2001210144636
Daha az alındı 20 bir dəfə
Ölçü vahidi: ədəd
6.39 AZN
7.99 AZN
Qənaət 1.60 AZN
Onlayna özəl qiymət

XX əsrin ən böyük mütəfəkkirləri sırasında yer alan görkəmli fransız filosofu və yazıçısı Jean-Paul Sartre ateistik yönümlü ekzistensializmin təmsilçisi və onun ilk yaradıcılarından biri hesab olunur. Sartre-ın fəlsəfi fəaliyyətindən ədəbi yaradıcılığa keçdiyi dövrün başlanğıcında yazdığı “Ürəkbulanma” əsəri tənqidçilərin böyük çoxluğu tərəfindən onun ən uğurlu romanı hesab edilir. urekbulanma

Mövcuddur2

XX əsrin ən böyük mütəfəkkirləri sırasında yer alan görkəmli fransız filosofu və yazıçısı Jean-Paul Sartre ateistik yönümlü ekzistensializmin təmsilçisi və onun ilk yaradıcılarından biri hesab olunur. Sartre-ın fəlsəfi fəaliyyətindən ədəbi yaradıcılığa keçdiyi dövrün başlanğıcında yazdığı “Ürəkbulanma” əsəri tənqidçilərin böyük çoxluğu tərəfindən onun ən uğurlu romanı hesab edilir. Əsər Antuan Rokantenin gündəlikləri şəklində yazılmışdır, qəhrəmanın öz adi həyatından və cəmiyyətdən uzaqlaşması, tənhalığa qapılaraq, mövcudluğun mahiyyətini dərk etməsi prosesini detallı şəkildə təsvir edir. Ömrünün 6 ilini dünyanın ən görməli və maraqlı yerlərinə səfər etməklə keçirən Rokanten günlərin birində öz ömrünün və onun bağlı olduğu həyatın qarşılıqlı asılılığı üzərində dərin düşüncələrə qapılır. Bir anın içində mexaniki şəkildə dərk edilən anlayışlar öz mənasını itirir və həyat öz çılpaqlığı ilə əsərin qəhrəmanının qarşısında dayanır. Qarşılaşdığı bu absurdluq Rokantendə ikrah doğurur və bu ikrahdan doğan ürəkbulanma onun həyatına daxil olub birdəfəlik qərarlaşır. Öncə nə baş verdiyini anlamayan Rokanten tədricən bu ürəkbulanmanın onun şüurunda yaranan bir əzabın və iztirabın nəticəsi olduğunu anlamağa başlayır. Onun bu düşüncələrinin fonunda yazıçı oxucunu çox maraqlı və həyəcanlı hadisələrlə tanış edir, bir insan şəxsiyyətinin timsalında mənəvi-psixoloji çevrilmənin qısa tarixini yaradır. 

ISBN:
2001210144636
Janr:
Klassika
Nəşriyyat:
Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Jan Pol Sartr
Səhifə sayı:
272
Dil:
Azərbaycan
Seriya:
Qırmızı Klassika
Метка:
Bestseller, Ekspress
Məhsul haqqında rəylər 3
Vüsal İlyas
30.11.2024 в 08:43

Sifariş etdiyim kitab tez və problemsiz çatdırıldı. Müştəri xidmətinə görə təşəkkür edirəm.

Mədinə Ərşadova
06.10.2024 в 14:39
Baş qəhrəman Antoine Roquentin, həyatın mənasızlığı üzərində düşünərək varlıq haqqında dərin ekzistensial suallarla mübarizə aparır. Sartre oxucunu qeyri-müəyyənlik, təklik və özgələşmə hissləri ilə tanış edir. Roquentinin yaşadığı hisslər çox real və təsirli idi. Mən maraqla oxudum!
NU
Nurlan
18.03.2021 в 11:09
Sartrın ən möhtəşəm əsəri
5 / 5
5 ulduz 3 4 ulduz 0 3 ulduz 0 2 ulduz 0 1 ulduz 0 Qiymətləndirmə olmadan 0
Bənzər məhsullar
10.39 AZN 12.99 AZN
Dəli Kür
ədəd
9.59 AZN 11.99 AZN
Alçaldılmış və təhqir edilmiş insanlar
ədəd
6.39 AZN 7.99 AZN
Çovdarlıqda uçurumdan qoruyan
ədəd
4.79 AZN 5.99 AZN
Qafqaz səfəri
ədəd
Bununla birlikdə alırlar
12.72 AZN 15.90 AZN
Gecəyarısı uşaqları
ədəd
7.92 AZN 9.90 AZN
Səmərqənd
ədəd
22.79 AZN 25.30 AZN
Kitab lampası - Really Tiny Book Light Grey
ədəd
22.79 AZN 25.30 AZN
Kitab lampası - The Really Tiny Book Light-lilac
ədəd