Əziz valideynlər! çoxunuzun lazım olduqda həkimə müraciət etmək imkanınız vardır. Həkim uşağınıza bələddir, odur ki, ən yaxşı məsləhəti də sizə ancaq o verə bilər. Bəzən ona ötəri bir baxış və bir-iki sual vermək kifayətdir ki, körpənizə nə olduğunu başa düşsün.
Bu kitab diaqnoz qoymaq və ya müstəqil müalicə etmək yollarını öyrətməyi nəzərdə tutmur. Müəllif sizə yalnız uşaq və onun ehtiyacları barədə ümumi təsəvvür vermək istəyir.
Düzdür, müstəsna hallarda həkimə gedə bilməyən valideynlərə kitabın bəzi fəsillərində ilk yardım göstərmək barədə məsləhətlər verilir. Kitabın verdiyi məsləhət heç bir məsləhətin olmamasından, əlbəttə, yaxşıdır. Lakin əsl tibb yardımı almaq imkanı varsa, yalnız kitaba arxayın olmağına dəyməz.
Bir də onu qeyd etmək istəyirəm ki, bu kitabda yazılanların hamısını tam müstəqim mənada başa düşmək lazım deyil. Çünki bir-birinə oxşayan uşaqlar olmadığı kimi, bir-birinə bənzər valideynlər də yoxdur; hər uşaqda xəstəlik müxtəlif şəkildə keçir; ayrı-ayrı ailələrdə tərbiyə formaları da cürbəcür olur. Mən ancaq ümumi halları təsvir etməklə kifayətləndim. Bir də unutmayın ki, öz uşağınıza yaxşı bələdsiniz, mən isə onun haqqında heç nə bilmirəm.
ISBN:
9789952368123
Janr:
Uşaq tərbiyyəsi
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Bərk
Müəllif:
Benjamin McLane Spock
Səhifə sayı:
600
Dil:
Azərbaycan
Метка:
Bestseller, Ekspress
Məhsul haqqında rəylər 7
İlk dəfə online kitab sifariş verdim, hər şey mükəmməl idi. Əlavə hədiyyə nişanlıq da göndərilmişdi. Təşəkkür edirəm.
Əla kitabdır 👍👍👍📖📖📖
Çox faydalı kitabdır.
Tam da gənc anaların kitabıdır. Faydalı məsləhətlərlə boldur.
Tam da gənc anaların kitabıdır. Faydalı məsləhətlərlə boldur.
Korpesi olan analara məsləhət gorurəm. Mutləq oxuyun. Kopəyə qulluq movzusunda hər sey var bu kitabda.
Ilk dəfədir ki, ana olmuşam. Bu kitabı bacım mənə hədiyyə etdi. O qədər faydalı kitabdır ki, sanki evimizdə bir həkim var. Körpəmə qulluqla bağlı çətinliyim olan an da bu kitabı açıb oxuyuram. Istədiyim sualın cavabını tapıram. Bütün gənc analara tövsiyyə edirəm.
Bənzər məhsullar