Varlanmanın əsas sirrini tək-tək fərdlər bilir. Hətta kifayət qədər qazancı olanlar belə bu sirri qismən bilirlər. Əslində, onlar bu sirri hiss edirlər. Pul qazanmaq, bu prosesin mahiyyətini duymaq və başqalarına öyrətmək fərqli şeylərdir. Bu kitab nəyə qadir olduğunu anlamaq – həyatının işini tapmaq və bu işdə ən yaxşılardan olmaq üçün sizə kömək edir. Özünüinkişafın təlimçilərindən olan müəllif İshak Pintoseviç təcrübələrini, biznesini və şəxsiyyətini inkişaf etdirən şəxslərin təcrübələrini sizinlə bölüşür.
“Varlan! 4 əsas və başlıca sirr” kitabı sizə varlanmanın və qələbə bacarıqlarına yiyələnmənin psixoloji əsaslarını öyrədəcək. Siz öz fəaliyyətinizi yönləndirə biləcəksiniz. İlk nəticələri kitabı oxuduğunuz zaman hiss edəcəksiniz. Siz müəllifin illərlə topladığı ən gözəl nəticələri öyrənəcəksiniz.
ISBN:
9789952368765
Janr:
Biznes
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
İshak Pintoseviç
Səhifə sayı:
224
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər 6
Praktiki məsləhətlər və real nümunələrlə zəngindir. Öz biznesimi inkişaf etdirmək üçün çox faydalı oldu. Əla kitabdır.
Kitab çox sadə və anlaşıqlı dillə yazılıb. Yeni başlayanlar üçün də faydalı ola biləcək strategiyalara dair dəyərli məlumatlar təqdim edir.
Bu kitabları oxumaq mənə yeni perspektivlər açdı. Öz biznesimi qurmağa çalışıram. Bu yolda qarşıma çıxan çətinliklərə daha asan həll yolu tapıram və strateji qərarlar verməkdə daha inamlı olmuşam. Müəllifin verdiyi dəyərli məlumatları tətbiq etdikcə zənginliyə doğru gedən yolu tapıram.
Əvvəllər biznes kitablarının bu qədər faydalı olacağını düşünmürdüm. Lakin oxuduqca, işimdə praktiki olaraq tətbiq edə biləcəyim çoxlu məsləhət və taktika öyrəndim. Sahibkarlara oxumağı məsləhət bilirəm.
Praktik təlimatlardan ibarət olduğu üçün işimdə tətbiq etmək çox asandı. Rahat kitabdir.
Oxuyuram çox öyrədici kitabdır. Elə təsəvvűr etdim ki, hansısa bir elm adamının yanında treyninq keçirəm. Biznes oxuyanların işinə çox yarıyacaq. Oxumaqda fayda var.
Bənzər məhsullar
Bununla birlikdə alırlar