Robert Kiosaki və Şeron Lektorun müştərək yazdığı bu kitab insanlara müasir həyatda yüksək rifah içində yaşamağın yollarını, varlanmağın sirlərini öyrədir.
Müəlliflər öz təcrübələrini bölüşür, qanunları pozmadan necə var-dövlət qazanmağın mümkün prinsip və şərtlərini təhlil edirlər.
Kitabdan çıxan başlıca nəticə odur ki, müasir dövrdə çox pul qazanmaq üçün çox işləməyə ehtiyac yoxdur, sadəcə, ağıllı olmaq, enerjini, biliyini, əlində olan vəsaiti düzgün paylaşdırmaq, səmərəli istifadə etməkdir. Bunun yolu maliyyə savadına malik olmaq, bazar konyukturasını öyrənib bilmək və təcrübədə tətbiq etməkdir.
Söz yox ki, “Varlı ata, kasıb ata” kitabı öz həyatını firavanlıq içərisində keçirmək, var-dövlət toplamaq istəyənlər üçün faydalı kitabdır.
Mən turkcesini almisam Azərbaycan dilində oldugunu indi gordum.Əla kitabdir.Hər bir insan oxumalidir.
Mən turkcesini almisam Azərbaycan dilində oldugunu indi gordum.Əla kitabdir.Hər bir insan oxumalidir.
Üstünlüklər:
əla kitabdır, ilk başlarda Robert Kiyosaki öz həyatından danışır , sonralarda maraqlı idi , tövsiyə edərəm , çox şey öyrəndim ( sonları xüsusilə maraqlı idi)
Mətni nəzərdən keçirin:
əla
Kitab biznes dünyasını dərin şəkildə başa düşməyə kömək edir. Xüsusilə liderlik və strategiya barədə tövsiyələr çox faydalı idi.
Kitab çox maraqlı idi, səhifələrini oxuduqca vaxtın necə keçdiyini hiss etmirsən. Tezliklə yenisini sifariş edəcəyəm.