Yonqhe qarabasmalarla qarşılaşana qədər əriylə adi, sakit həyat yaşamaqdaydı. Lakin birdən-birə yuxularında peyda olan qanlı səhnələr düşüncələrini qıcıqlandıraraq onu özündən çıxarır. Yonqhe beynini bu qarabasmalardan xilas etmək üçün ət yeməkdən imtina etmək qərarına gəlir. Ciddi ictimai-əxlaq qaydalarının hökm sürdüyü cəmiyyətdə bunu insanlara başa salmaq o qədər də asan deyil. Əri, cəmiyyət, ailə bunu ağılsızlıq kimi qarşılayaraq qadını qərarından imtina etməyə məcbur etmək istəyir. Yonqhe isə get-gedə daha da artan inadkarlıqla özünün bitki mənşəli olduğuna inanmaqda və ətrafdakıların gözündə deyildiyi kimi – “ağlını tamam itirməkdədir”. Onun səssiz üsyanı daha da ciddi dağıdıcı nəticələr doğurmağa başlayır, dava-dalaşa, sui-istifadəyə, xəyanətə, insan altşüurunun gizli xətlərinin qabardılmasına gətirib çıxardır. Yonqhe, xəyallarının daha gizli boşluqlara doğru çəkilib qeyb olmaqdadır. Həm zehnini, həm də bədənini tamamilə özününküləşdirmiş başqalaşma təhlükəli hal alaraq onu əsla geri qayıda bilməyəcəyi faciəvi sona aparır...
ISBN:
9789952366549
Janr:
Roman
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Han Kang
Səhifə sayı:
184
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər 1
Kitabın süjeti çox orijinal və təsir edici idi. Hər səhifəni oxuduqca yeni bir dünyaya səyahət etdim.
Bənzər məhsullar