Onlar hunların min il səltənəti olmuş ərazilərdə “Türk dünyası”nı inşa etdilər. Asiyanın ucsuz-bucaqsız torpaqlarında iki əsr hökmran oldular. Koreyadan Bizansa, Sibirdən Xorasana və Azərbaycana qədər geniş bir coğrafiyanı öz bayraqları altında birləşdirdilər. Çin, Hind, Sasani, Roma mədəniyyətlərini bir-birinə bağlayan qlobal ticarət münasibətlərini yaradaraq Dünya tarixində əhəmiyyətli
rol oynadılar. İpək Yolu ticarətini əsrlər boyu idarə etdilər.Monoqrafiya Türk xaqanlığı dövründə geniş Asiyada baş verən hərbi-siyasi, iqtisadi və mədəni proseslərdən bəhs edir. İlkin orta əsrlərdə Türk siyasi-mədəni kimliyinin tarixini işıqlandırır.
ISBN:
9789952389210
Janr:
Tarix
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Əkbər N.Nəcəf
Səhifə sayı:
264
Dil:
Azərbaycan
Метка:
Ekspress
Çəki, g:
300
Məhsul haqqında rəylər 3
Hər vaxtınız xeyir, bu gün kitabları aldım və çox sevindim. Paket çox səliqəli hazırlanmışdı. Kitablar əla vəziyyətdə çatıb. Xidmətinizdən çox razı qaldım, minnətdaram!
İkinci kitab daha çox tarixi hadisələrə fokuslanıb. Keçmiş xaqanlığın mirası və qardaşların taleləri arasındakı gərginlik maraqlı idi. Oxuyun, məsləhət görürəm.
Qədim türk mədəniyyətinə marağım olduğundan çox maraqlı gəldi. O qədər detallıdır ki, sanki qəhrəmanların yanında, onların macəralarını yaşayıram. Əgər qədim hekayələrə marağınız varsa, tam sizlikdir.
Bənzər məhsullar
Bununla birlikdə alırlar