Peyğəmbər Əfəndimiz (s.a.v): "Allahım! İslamı Ömərlə, yaxud Əbu Cəhilə əziz et!" deyə dua etdi. Allahu Təala duasını Ömər haqqında qəbul etdi.
Həzrəti Ömərin İslamı qəbul etməsi ilə Məkkədəki müsəlmanların sayı qırxa çatdı.
Müsəlmanlar Kəbəyi-Müəzzəməyə gedib orada ilk dəfə camaatla namaz qıldılar. Onun müsəlman olması sanki bir fəth oldu.
Həzrəti Ömər: Peyğəmbər Əfəndimizi (s.a.v) anasından.
atasından, övladlarından və hətta öz canından daha çox sevəcək qədər imanı kamil;
Öz oğluna hədd cəzası tətbiq edəcək qədər ədalətli;
Dəvəsinə köləsi ilə növbələşərək minəcək qədər təvazökar;
Yeni müsəlman olduğu və müsəlmanların sayca çox az olduğu bir zamanda müşriklərə meydan oxuyacaq qədər cəsur;
Şeytanları belə qorxudub qaçıracaq qədər şücaətli idi.
Həzrəti Ömər: Həzrəti Əbu Bəkirdən sonra on il Xəlifə oldu.
Altmış üç il yaşadı. Əbu Lulu adında xristian bir kölə tərəfindən sübh namazı vaxtı xəncərlə altı yerindən vurularaq şəhid edildi.
Peyğəmbər Əfəndimizin (s.a.v) Ravzasında Həzrəti Əbu Bəkrin yanında dəfn edildi. Allah onlardan razı olsun.
					ISBN:
									9789952843972
								Janr:
									Din
								Nəşriyyat:
									Çamlıca Kitap
								Cild:
									Yumşaq
								Müəllif:
									Abdurrəhman Şərəf
								Səhifə sayı:
									504
								Dil:
									Azərbaycan
								Метка:
									Ekspress
								Məhsul haqqında rəylər
Burada hələ heç kim rəy yazmayıb. Birinci olun!
Bənzər məhsullar
