İşsiz gənc keçmiş məktəb yoldaşının köməyi ilə bankda işə düzəlir. Orada məzlum, talesiz bir qoca – həyatı məğlubiyyətlərlə dolu Raif əfəndi ilə tanış olur. Ömrünün son günlərini yaşayan qocaya həyan olmaq istəyən gənc bir gün onun gündəliyini vərəqləyir. Və bütün həqiqətlərə də elə bu gündəlik güzgü tutur. Gənc yaşlarında Raif əfəndi atasının sənətini davam etdirmək üçün Berlinə yollanır. İncəsənətə olan marağı onu rəsm qalereyasına getməyə həvəsləndirir. Qalereyadakı tablolardan birinə heyranlıqla tamaşa edən Raif tez-tez bura gəlib “Xəz paltolu qadın”ın portreti qarşısında dayanır. Rəsmin müəllifi Mariya Puder adlı xanımdır və o, bir gün bu gənci kənardan izləməyə son qoyub ona yaxınlaşır. Söhbət etdiyi qadının portretin sahibi olduğunu öyrənəndə Raifin həyatı bir daha geri dönüşü olmayacaq şəkildə dəyişir.
Janr:
Roman
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Səbahəddin Əli
Səhifə sayı:
240
Dil:
Azərbaycan
Метка:
TEZLİKLƏ!
Məhsul haqqında rəylər
Burada hələ heç kim rəy yazmayıb. Birinci olun!
Bənzər məhsullar