Sən düşündüyündən doxsan dəfə çox yaradıcısan.
Bütün dünyada məşhur Central Saint Martins dən olan Rod Cadkins həyatının hər addımında tarix boyu yaşamış ən uğurlu yaradıcı düşüncə sahiblərini araşdırıb. O, Dada manifestindən Nobel mükafatı sahibləri iqtisadçılara, Endi Uarholun emalatxanasından Eynşteynin masasına qədər maraqlı məqamları qeyri-adi formada təsvir edərək, bütöv bir həyat təcrübəsini yığcam, heyrətamiz kitabda toplayıb. Bu kitab sizi daha özünə əmin və daha yaradıcı düşünməyə ilhamlandıracaq. Qatarınız gecikəndə niyə sevinməli olduğunuzu öyrənəcək, təhsil tarixindəki ən uğurlu (iştirakçılarının hər biri Nobel mükafatı qazanıb) siniflə tanış olacaqsınız. Cəmiyyət qarşısına çılpaq çıxmağın niyə narahatlıq yaratdığını, eyni zamanda da heyrətamiz dərəcədə inandırıcı olduğunu kəşf edəcəksiniz. XXI əsrdə texniki cəhətdən Mikelancelo qədər yaxşı olmağın niyə qeyri-qanuni olduğunu öyrənəcəksiniz.
ISBN:
9789952310641
Janr:
Psixologiya, özünüinkişaf
Nəşriyyat:
Teas Press
Cild:
Yumşaq
Müəllif:
Rod Cadkins
Səhifə sayı:
272
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər 8
Yaradıcı düşünmək üçün etməli olduğumuz məsələlər barədədir. Maraqlıdır.
Çox maraqlı bir kitab idi. Psixoloji dərinlik və özünü inkişaf haqqında çox şey öyrəndim. Öz üzərimdə işləməyə həvəsləndirdi.
Bu kitab mənim üçün böyük bir ilham mənbəyi oldu. Təşəkkürlər.
Müəllifin yazı dili çox anlaşıqlıdır. Kitabı oxumaq çox rahatdır və heç sıxılmadım.
Əla kitabdır. Müəllifin yanaşması və analizləri çox dərin idi. Özümü daha yaxşı anlamaq üçün çox kömək etdi.
Fərqindəlik axtarışında olanlar üçün.
Maraqlıdı amma biraz sıxıcı mövzulara da rast gəlmək olur
Salam, Dukaninizdaki qiymetler saytinizdakilarla eyni deyil. 1-2 manat daha bahadi
Bənzər məhsullar
Bununla birlikdə alırlar