"Qazax xalçası" pini bu bölgəyə aid xalçaçılıq sənətinin miniatür təsviridir. Bu xalçalarda adətən az sayda rəngdən istifadə olunur, lakin razılaşın ki, yaradılan ahəng göz oxşayır.
Qazax xalçaçılıq məktəbi əsrlərdir ki, Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsidir. İndi isə siz bu sadə, zərif pin ilə incəliklə toxunmuş tarixə bir addım daha yaxın ola bilərsiniz.