Gənc yazıçı Rafael Batey getdiyi hər yerdə uğursuzluqla qarşılaşır. İlk romanının əlyazması heç bir naşirin marağını çəkmir. Müraciət etdiyi nəşr evlərindən bir-birinin ardınca rədd cavabı alır. Beləliklə, o həm yeni ilham mənbəyi tapmaq, həm də pərəstiş etdiyi yazıçı Natan Faulzla görüşmək üçün Bomon adasına yollanır. Lakin ortada böyük bir əngəl var. Faulz illər öncə yazmaqdan həmişəlik imtina edib. Sonra Bomon adasına çəkilərək zahid həyatı yaşamağa başlayıb. Rafael Batey hər kəsin dilində dolaşan “Natan Faulz müəmması”nı açmaqda qərarlıdır. Bir tərəfdən də Matilda Manni adlı isveçrəli jurnalist əlinə keçən fotolardan yola çıxaraq Faulzun izinə düşüb. Yazıçının sirrini açmağa çalışan bu iki nəfərin ayrı-ayrılıqda araşdırmalar apardığı bir vaxtda bütün adanı silkələyən dəhşətli qətl hadisəsi baş verir: meşədə ağaca pərçimlənmiş qadın cəsədi tapılır. Cəsəd Matildanın əlində olan fotolardakı şəxslərdən birinə aiddir. Bəs bu qadını kim və niyə öldürüb? Onun ölümünün Faulzla əlaqəsi varmı? Rafael Batey və Matilda Manni “Natan Faulz müəmması”nın üzərindəki sirr pərdəsini qaldıra bilirlərmi?
Məhsulun kodu:9789952383386
Janr:
Roman
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Giyom Musso
Səhifə sayı:
288
Dil:
Azərbaycan
Метка:
Ekspress
şərhlər9
Hər bir obraz o qədər yaxşı təsvir olunub ki, oxuyarkən onların həyatlarını izləyir kimi hiss etdim. Möhtəşəm əsərdir.
Kitab, məni ilk səhifəsindən son səhifəsinə qədər maraq içində saxladı. Çox sevdim.
Yeni ildə ailə üzvlərimə kitab hədiyyə. Çox xoşlarına gəldi. Sizə də təşəkkür edirəm, Ali və Nino.
Çox maraqlı kitabdır, bəyəndim .
Həqiqətən, maraqlı əsərdir. Oxumağı düşünürsünüzsə heç fikirləşmədən oxuyun deyərdim.
Heyranlıqla oxudum.
Belə maraqlı kitabları oxumaq mənə xoş təsir bağışlayır.
Çox fərqli bir mövzuda yazılib roman. Oxuduqca həyacanlandım, özümü adada baş verən hadisələrin içində hiss edirəm. Belə fərqli kitablar üçün sizə minnətdaram, qanun nəşriyyatı.👍👍
İlk əvvəl əsərin adı diqqətimi çəkmişdi deyə kitabı sifariş etdim.Nə yaxşı ki,almışam.Həqiqətən mükəmməl kitabdır.Kitabı oxuduqca oxumaq istəyirəm.Hadisələr o qədər fərqli şəkildə qələmə alınıb ki,heyrətlənməmək mümkün deyil.Özün götür xidmətindən istifadə etdim,28 Malldakı mağazadan götürdüm.Bütün kollektivinizə təşəkkür edirəm
şərhlər9