Axtarış
Əlaqələr

Biz həftənin 7 günü, saat 9:00 - 20:00 qədər çatdırılma edirik.

Şəxsi kabinet
Şəxsi kabinet
Sevimlilər
Sevimlilər
Səbət
Səbət
−20%

Yoxsul insanlar

Artikul: 9789952362787
Daha az alındı 20 bir dəfə
Ölçü vahidi: ədəd
9.59 AZN
11.99 AZN
Qənaət 2.40 AZN
Onlayna özəl qiymət

Fyodor Dostoyevskinin “Yoxsul insanlar” kitabında “Yoxsul insanlar” romanı, “Oxşar”, “Zəif ürək”, “Ev sahibəsi” povestləri, “Cənab Proxarçin” hekayəsi yer almışdır. yoxsul insanlar

Mövcuddur2

Fyodor Dostoyevskinin “Yoxsul insanlar” kitabında “Yoxsul insanlar” romanı, “Oxşar”, “Zəif ürək”, “Ev sahibəsi” povestləri, “Cənab Proxarçin” hekayəsi yer almışdır.

«Yoxsul insanlar» romanı kiçik məmurun qəlb dünyası haqqında əsərdir. Əsərin əsas hadisəsi Makar Devuşkinlə Varvara Dobrosyolovanın məhəbbət tarixçəsindən ibarətdir. Söhbət eşq macərasından getmir, adi insani, humanitar məhəbbətdən və şəfqətdən gedir. Kimisə sevmək, kiminçünsə yaşamaq insanın əzəli istəyi kimi səciyyələndirilir.

Makar Devuşkin artıq qocalmaqda olan, son dərəcə yoxsul və zavallı bir insandır. Varvara Dobrosyolova isə gənc və kimsəsiz bir qızdır. Devuşkinin bu qıza qarşı olan məhəbbətində atalıq qayğısı duyulur. Bu da daxildən gələn mənəvi ehtiyac kimi təzahür edir.

Devuşkinin faciəsi, əslində, yoxsulluğun deyil, məhəbbətin faciəsidir, sevən ürəyin məğlubiyyətidir.

“Oxşar” povestində iddialara və sosial ehtiraslara qapılmış kiçik insanın mənəvi iflası təsvir olunmuşdur.

“Zəif ürək” povestində qəhrəman sosial mühitin nəticəsi kimi deyil, mənəvi-insani məzmunun daşıyıcısı kimi təsvir olunur. Vasyanın faciəsinin səbəbini onun zəifliyi ilə izah etmək düzgün olmazdı. O özünü öz səadətinə layiq bilmir. Vasya xoşbəxt ikən bütün insanları xoşbəxt görmək istəyir.

“Ev sahibəsi” povestinin süjet xətti, xarakterləri və münaqişələri bir qədər mücərrəd şəkildə qurulmuşdur. Zəif ürəklər üçün azad seçim deyilən şey yoxdur, onları dəhşətə gətirən şey məhz azad seçim məsələsidir.

“Cənab Proxarçin” hekayəsində Proxarçinin faciəsinin səbəbi onun yoxsulluğunda və cibinin boş olmasında deyil, daha çox onun məhəbbətsiz həyatında və qəlbinin boş olmasındadır.

ISBN:
9789952362787
Janr:
Klassika
Nəşriyyat:
Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Fyodor Dostoyevski
Səhifə sayı:
432
Dil:
Azərbaycan
Seriya:
Qırmızı Klassika
Метка:
Ekspress
Məhsul haqqında rəylər 1
SN
Sabirov Nağı
14.11.2024 в 17:28

Bu kitabı görəndə nədənsə oxumaq istədim. Nəticədə təzminim doğru çıxdı. Əsl oxumağa dəyər bir əsərdir.

5 / 5
5 ulduz 1 4 ulduz 0 3 ulduz 0 2 ulduz 0 1 ulduz 0 Qiymətləndirmə olmadan 0
Bənzər məhsullar
17.59 AZN 21.99 AZN
İskəndərnamə
ədəd
11.19 AZN 13.99 AZN
Emma
ədəd
5.59 AZN 6.99 AZN
Ya var, ya yox
ədəd
2.79 AZN 3.49 AZN
Novellalar və tarixi miniatürlər
ədəd
Bununla birlikdə alırlar
7.92 AZN 9.90 AZN
Səmərqənd
ədəd
6.39 AZN 7.99 AZN
Qızıl buynuzdan olan qız
ədəd
22.79 AZN 25.30 AZN
Kitab lampası - The Really Tiny Book Light-sky
ədəd
22.79 AZN 25.30 AZN
Kitab lampası - Really Tiny Book Light Grey
ədəd
22.79 AZN 25.30 AZN
Kitab lampası - Really Tiny Book Light Blue
ədəd