«Yuxuların yozumu» – böyük Avstriya alimi, psixoanaliz nəzəriyyəsinin banisi Ziqmund Freydin əsas əsərlərindən biridir. İsteriya problemlərilə məşğul olan alim yuxugörmələri də müşahidə etdiyi hadisələr sırasına daxil etmişdir. Onun nəzəriyyəsinə görə yuxu mənasız bir şey deyil, sıxışdırılmış arzuların təhrif olunmuş, pərdələnmiş şəkildə gerçəkləşməsidir. Yəni həyata keçməyən arzular çox zaman şüur sahəsindən çıxaraq qeyri-şüur sferasına keçir, orada qalaraq insanın davranışına təsirlərini davam etdirir. Şüura daxil olmaq istəyən sıxışdırılmış arzular şüuri təsəvvürlərlə mübarizəyə girərək, yuxugörmə, gündüz xəyalları və s. kimi hallarda onlara qalib gəlir. Ona görə də, yuxuları düzgün yozmaqla insanın qeyri-şüuri təəssüratları barədə mühakimə yürütmək olar…
Ziqmund Freydin bu məşhur kitabı dəfələrlə nəşr olunduğu üçün haqlı olaraq XX yüzilin ən məşhur bestsellerlərindən biri hesab olunur.
ISBN:
978952267259
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Sigmund Freud
Səhifə sayı:
580
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər 4
Hər bir əməkdaşınıza təşəkkür edirəm. Kitabında bəyəndim, maraqlıdır.
Kitabımı götürdüm və hər bir əməkdaşınıza təşəkkür edirəm. Əlləriniz var olsun.
Freydin hər bir kitabını oxumagı sevirəm. Bu kitabıda insan psixologiyası ilə bağlı yeni fikirlər əldə etmək üçün mükəmməl bir mənbədir. Onun düşüncələri insanın daxili dünyasını daha dərin bir şəkildə anlamağa kömək edir.
Yuxuların yozumu kitabı olduqca maraqlıdır. Kitab, yuxuların, həyatın mənasını axtaran hər kəs üçün əsaslı bir əsərdir.
Bənzər məhsullar
Bununla birlikdə alırlar