Əyyub Abbasovun "Zəngəzur" romanı iki hissədən ibarətdir. Romanda daşnak dəstələrinin Zəngəzurda törətdiyi qırğınlardan bəhs olunur. Bu, iki hissəli kitabın ikinci hissəsidir.
Hadisələr son dərəcə geniş və ətraflı təsvir olunur. Baş verən qırğınların təkcə bədii təsviri verilmir, həm də erməni şovinizminin “haradan qaynaqlandığı” gah açıq, gah üstüörtülü dillə ifadə olunur. Yazıçı fakt və dəlillərlə, eləcə də şahidi olduğu hadisələrin köməyi ilə ermənilərin məkrli siyasətini ifşa edir.
Məhsulun kodu:9789952382648
Janr:
Roman
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Əyyub Abbasov
Səhifə sayı:
432
Dil:
Azərbaycan
Метка:
Ekspress
şərhlər2
"Zəngəzurun" birinci və ikinci cildini eyni vaxta sifariş verdim. Dedim birdən stokda bitər sonra alabilmərəm. Hər iki cildi aldım bir-bir oxuyacam.
Zəngəzur romanının l hissəsini oxumuşdum.Il hissəsidə maraqlı gəldi oxudum.Tariximizi,ermənilərin törətdiyi vəhşilikləri oxumaq çox təsiredicidir.Amma bütün bunlara baxmayaraq oxumaq,tariximizi dərindən bilmək lazımdı.Həmçinin ermənilərin gücünün hardan qaynaqlandığını da öyrənmək olur.
şərhlər2