Axtarış
Əlaqələr

Biz həftənin 7 günü, saat 9:00 - 20:00 qədər çatdırılma edirik.

Şəxsi kabinet
Şəxsi kabinet
Sevimlilər
Sevimlilər
Səbət
Səbət

“Ali və Nino” 20 illik yubileyini böyük endirim və sürprizlərlə qeyd edir!

“Ali və Nino” mağazalar şəbəkəsi bu il fəaliyyətinin 20 illiyini böyük coşqu ilə qeyd edir. 15-24 avqust tarixləri arasında keçiriləcək yubiley həftəsi həm müştərilər, həm də kitabsevərlər üçün əsl bayrama çevriləcək.

Kampaniyanın ən cəlbedici təkliflərindən biri 15-24 avqust tarixlərində bütün çantalara 70%-dək endirim olmasıdır. Məktəb mövsümünə hazırlaşanlar üçün bu, həm keyfiyyətli, həm də sərfəli alış-veriş imkanı yaradacaq.

Bundan əlavə, 15-17 avqust tarixlərində bütün məhsullara 20% endirim tətbiq olunacaq. 17 avqust günü isə hər mağazada ilk iki müştəriyə 10 manatlıq kupon hədiyyə ediləcək. Elə həmin gün, “Instax” ilə pulsuz fotosessiya, məşhur “Əli və Nino” personajları ilə görüş və uşaqlar üçün əyləncəli hədiyyə şarlar da yubiley sevincini daha da artıracaq.

Proqram çərçivəsində pulsuz masterklasslar və yubileyə özəl kiçik hədiyyələr də təqdim ediləcək. Beləliklə, “Ali və Nino” bu yubileyini təkcə endirimlərlə deyil, həm də ailələr və uşaqlar üçün maraqlı və yadda qalan tədbirlərlə bəzəyir.

Bu fürsətləri qaçırmamaq üçün 15-24 avqust tarixləri arasında “Ali və Nino” mağazalarına baş çəkin və 20 illik yubileyin bir parçası olun!

Digər paylaşımlar