Dekabrın 10-da Blue Mall-da yeni açılmış "Əli və Nino" mağazasında tanınmış yazar Şəfəq Mehralıyeva ilə görüş və imza günü keçirildi. Görüş çərçivəsində təşkil olunan "Oxu saatı"da Şəfəq Mehralıyeva uşaqlar üçün özünün müəllifi olduğu "Kirpi və zəncirotu" kitabını oxudu.
Bununla yanaşı, müəlliflə görüş, həmsöhbət olmaq və kitabı müəllifindən imzalı əldə etmək imkanı da təqdim olundu.